“EL” hərəkatı separatçıları və xəyanətkarları dəstəkləyir

 

Radikal müxalifət antimilli qüvvələrlə həmrəy olduğunu ört-basdır edə bilmir

Dağıdıcı müxalifət nümayəndələrinin Azərbaycanda ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan dairələrlə əlbir olması və onların çirkli pulları hesabına sifarişlərini yerinə yetirmələri ilə zaman-zaman qarşılaşmışıq. Ölkəmizin inkişafını və dünya birliyinə inteqrasiyasını gözü götürməyən antiazərbaycan dairələr Azərbaycanda milli-etnik zəmində ziddiyyətlər yaratmaq kimi rəzil üsullardan da istifadəyə əl atırlar. Təəssüf edirik ki, bu təxribatların da həyata keçirilməsində müxalifət adından yararlanan bir qrup xəyanətkardan istifadə olunur.

Biz dəfələrlə şahidi olmuşuq ki, AXCP və Müsavat Partiyasının rəhbərliyi hakimiyyətə gəlmək yolunda ermənilərlə də əməkdaşlıq edir, onların yardımına ehtiyacı olduqlarını bildirirlər. Elə buna görə də çoxlu sayda cəbhəçi və müsavatçı bu xəyanətkarlığa etiraz edərək üzvü olduqları partiyalardan istefa veriblər. İstefa verənlər öz bəyanatlarında qeyd ediblər ki, ermənilər zaman-zaman Azərbaycan ərazilərini işğal etmiş və bunun nəticəsində çoxlu sayda soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, kəndlər, qəsəbələr, rayonlar viran olunmuş, tarixi-mədəni abidələrimiz məhv edilmişdir. Bu gün ərazilərimizin 20 faizini işğal altında saxlayan və bir milyondan artıq soydaşımızı ev-eşiksiz qoymuş qaniçən ermənilərlə əməkdaşlıq barədə saziş imzalayan partiya rəhbərlərinin ətrafında toplaşmaq bu əməkdaşlığa dəstək vermək deməkdir. Ona görə də xalqını, Vətənini və millətini sevən müxalifət nümayəndələri Əli Kərimli və İsa Qəmbərdən uzaqlaşdıqlarını bəyan etdilər.

Budur, radikal müxalifətin daha bir qrupu ermənipərəstliyini ortaya qoydu. Söhbət “EL” hərəkatından gedir. Bu qurumun rəhbəri, siyasi riyakar Eldar Namazovun müavini Eldəniz Quliyev özünü qondarma “Talış-Muğan Respublikasının prezidenti” elan edən Əlikram Hümbətovun bu adla Ermənistana, oradan isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa səfər etməsini dəstəkləyir. Məlumdur ki, bu səfər xalqımızda böyük hiddət və nifrət doğurmuşdur. Təəccüblüdür, separatçının öz ailəsi tərəfindən də hiddətlə qarşılanmış bu xəyanətkar səfəri “EL” hərəkatı tərəfindən dəstəklənir. Bu qurumun rəhbərlərindən biri Eldəniz Quliyev Vətən xaini Əlikram Hümbətovu az qala bir qəhrəman cildində təqdim etmək istəyir. Xatırladaq ki, Eldəniz Quiyev hələ AXC - Müsavat hakimiyyəti dövründə separatçı Əlikram Hümbətovun sağ əli, ən yaxın adamı hesab olunurdu. İndi yenə də onun müdafiəsinə qalxır. Özü də “EL” hərəkatının adından. Bu qurum yarananda və siyasi riyakar, reneqat Eldar Namazov özünü rəhbər elan edəndə, hətta müxalifətdə olan bir sıra siyasi partiya sədrləri onunla əməkdaşlığa getmədilər. Çünki Eldar Namazovun xisləti, xəbisliyi və xəyanətkarlığı hamıya bəlli idi. O, hələ hakimiyyətdə yüksək vəzifə tutarkən də xəyanətkarlığından əl çəkə bilməmiş, satqınçılıq etmiş və buna görə də vəzifəsindən qovulmuşdur. Prezident seçkiləri ərəfəsində məqsədli şəkildə Ermənistana səfər edən və orada görüşlər keçirən separatçı Əlikram Hümbətova dəstək verən “EL” hərəkatı, görünür, bundan da qazanc əldə etmək istəyir.

Vətən xaini Ə. Hümbətov İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak edib.

Bütün düşüncəsi və fəaliyyəti Azərbaycana, xalqımıza, millətimizə qarşı düşmən fəaliyyət üzərində köklənmiş Ə. Hümbətovun Ermənistana bu səfərinin vaxtı, deyəsən, xüsusi olaraq seçilib. Hazırda Azərbaycan çox ciddi siyasi kampaniya ərəfəsində olduğu bir vaxtda separatçılıqla məşğul olan bu şəxsin fəallaşdırılmasına göstərilən cəhdlərin arxasında yəqin ki, radikal müxalifət dayanıb. Görünür, onların ermənipərəst kinorejissor Rüstəm İbrahimbəyovdan əlləri çıxdığından ümidləri digər ermənipərəstə bağlanıb.

 Ümidlərini Azərbaycanda iğtişaşlar törətməkdə maraqlı olan, ikili standartlar nümayiş etdirən ermənipərəst beynəlxalq təşkilatlara və Əlikram Hümbətov kimi seperatçılara bağlayan xəyanətkar dairələr sanki unudurlar ki, belə antimilli qüvvələrin xəbis niyyətləri heç bir fayda verə bilməz. Çünki Azərbaycan vətəndaşları arasında milli-etnik zəmində heç bir ziddiyyət mövcud deyil. Azərbaycan vətəndaşları hazırda dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkə daxilində heç bir fərq qoyulmadan, azərbaycançılıq ideyası altında birlikdə yaşayırlar.

 Azərbaycanda heç kimin AXCP sədri Əli Kərimliyə, Müsavat Partiyasının başqanı İsa Qəmbərə, “EL” hərəkatının rəhbəri, reneqat Eldar Namazova, ermənipərəst kinorejissor Rüstəm İbrahimbəyova və qondarma “Talış-Muğan Respublikasının prezidenti” Əlikram Hümbətov kimilərə və onların dediklərinə qətiyyən ehtiyacı yoxdur. Respublikamızdakı bütün etnoslar arasında normal münasibətlər mövcuddur. Ona görə də Ə.Hümbətovun açıqlamaları, onun davranışları, seperatçı və Vətən xaininin arxasında dayanan “EL” hərəkatı rəhbərlərinin onun müdafiəsinə qalxmaları Azərbaycanda hər hansı bir qarşıdurma, çaşqınlıq və milli-etnik ziddiyyətlər yarada bilməz. Əksinə, bu davranışlarla belələri özlərinin iç üzlərini bir daha açıb ortaya qoyurlar, ümumxalq nifrəti qazanırlar.

Bu gün dünyanın müxtəlif regionlarında məskunlaşmış azərbaycanlılar seperatçı Əlikram Hümbətovun xəyanətkar və antimilli əməllərini lənətlədiyi halda “EL” hərəkatı onun müdafiəsinə qalxıb. Biz Avropadakı azərbaycanlıların seperatçı Əlikram Hümbətovu lənətləməsi ilə əlaqədar yayılan bəyanatını radikal müxalifətin diqqətinə çatdırmağı özümüzə borc bildik. Benilüks (Belçika, Niderland, Lüksemburq) Azərbaycanlıları Konqresi bəyanat yayaraq Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü parçalamaq məqsədi ilə separatçı qüvvələrin başında duran və buna görə də Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş, ölkədən qovulmuş Əlikram Hümbətovun Ermənistana və Dağlıq Qarabağa səfərini pisləyib. Bəyanatda deyilir: “Min illik dövlətçilik tarixi olan, ərazisində Azərbaycan türklərindən başqa azsaylı xalqların yaşadığı Azərbaycan Respublikası vaxtaşırı separatçı qüvvələrlə üz-üzə gəlib və belə qüvvələr bu gün də mövcuddur. Öz məkrli niyyətlərini reallaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasət yürüdənlərdən biri gah Rusiyada, gah da İranda guya talış xalqının hüquqlarını müdafiə etmək məqsədilə görüşlər keçirən Əlikram Hümbətovun indi də Ermənistana səfər etməsi Avropada yaşayan azərbaycanlıların hiddətinə səbəb olub. Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkədən qovulan bir şəxsin işğal olunmuş Dağlıq Qarabağa səfər etməsi Azərbaycan sərhədlərinin pozulması kimi qiymətləndirilir. İki separatçı rejimin birləşərək dövlətimizə qarşı yönəlmiş bu addımı Dağlıq Qarabağ sülh danışıqlarına da xələl gətirə bilər. Talış xalqının yüzlərlə, bəlkə minlərlə oğlu Qarabağda şəhid olub. Onların ruhu heç vaxt Əlikram Hümbətov kimi vətənsiz xaini bağışlamaz”.

Radikal müxalifət rəhbəriƏlikram Hümbətov kimi seperatçılardan, ölkəmizdə iğtişaşlar törətmək istəyən xarici düşmənlərimizin dəstəyindən yararlanmaqda həmişə maraqlı olublar. İndiyə qədər bundan özlərinin maddi maraqlarının təmin olunması üçün istifadə ediblər. Görünür, prezident seçkiləri ərəfəsində dağıdıcı müxalifət ölkəmizə  zərbə vurmaq məqsədilə Ermənistan tribunasından yararlanmağa çalışır. Təbii ki, yenə də yanılırlar. Çünki Ə.Hümbətov artıq erməni siyasətçiləri tərəfindən də ciddi fiqur kimi qəbul edilmir. Ermənilərin ciddi fiqur kimi qəbul etmədikləri seperatçı Ə.Hümbətovu “EL” hərəkatının müdafiə etməsi isə bu qurumun hansı səviyyədə olmasından xəbər verir. Görünür, reneqat Eldar Namazov, onun müavini Eldəniz Quliyev və onlar əqidədə olanlar unudurlar ki, Azərbaycan vətəndaşları arasında milli-etnik zəmində heç bir ziddiyyət mövcud deyil. Azərbaycan vətəndaşları hazırda dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkə daxilində heç bir fərq qoyulmadan, azərbaycançılıq ideyası altında birləşmişlər. Vətənsiz, ləyaqətsiz və özünü azərbaycanlı hesab etməyən hümbətovların və onları dəstəkləyən “EL” adlı hərəkatçıların açıqlamaları, davranışları və belə xəyanətkarlara dəstək vermələri Azərbaycanda siyasi sabitliyi poza bilməz.

Radikal müxalifət nümayəndələrinin antiazərbaycan mövqedən çıxış etmələri və ermənipərəst mövqedə olmaları artıq müxalifət düşərgəsində ciddi gərginlik yaradıb. İndi onlar biri-birlərinin iç üzlərini açaraq xarici düşmənlərimizə işləməkdə ittiham edirlər. ACP lideri Rəsul Quliyevin müxalifəti hələ 10 il əvvəl istefa verməməkdə ittiham etməsi də təsadüfi deyil. Əslində, ACP lideri onlardan geri qalan deyil. On yeddi ildir ki, xarici ölkələrdə Azərbaycan haqqında böhtan və yalanlar söyləyən sabiq spikerin birdən-birə radikal müxalifəti ittiham etməsi bizdə belə bir şübhə oyadır ki, artıq Rəsul Quliyevə də aydın oldu ki, xalq radikalizmi qətiyyətlə rədd edir. Ona görə də kimlərinsə ölkəmiz haqqında donosbazlıq etməsinə dünya ictimaiyyəti inanmır.Çünki ölkəmizin sürətli inkişafı və dünya birliyinə inteqrasiyası göz önündədir.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında