AMİP: Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməməsi müxalifətin gələcək planlarına çox ciddi zərbədir

 

Bu gün faktiki olaraq müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməməsi, Rusiya vətəndaşlığından çıxması ilə bağlı problemin hələ də həll olunmaması ümumilikdə ölkə müxalifətinin gələcək planlarına çox ciddi zərbədir.

 Bu barədə Trend-ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuman Əlizadə bildirib.

O, təəssüflə qeyd edib ki, bu məsələ həll olunmayana qədər ölkə müxalifətinin seytnot vəziyyətində olmasının şahidi olacağıq: “Prezident seçkilərinə çox az vaxt qalıb və bu zaman ərzində müxalifət düşərgəsinin vahid namizədi ola biləcək şəxsin ölkədə olmaması və namizəd olaraq seçkiyə qatılmaması bu düşərgəyə ciddi zərbədir”.

A.Əlizadə deyib ki, AMİP Milli Şura yaranmamışdan əvvəl təşkilata daxil olmaqla bağlı danışıqlara qatılmışdı: “Biz hələ o vaxt da öz narahatlığımızı ifadə etmişdik ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var və Rusiya vətəndaşı olması səbəbindən Azərbaycanda keçiriləcək seçkilərdə namizəd olmaq problemi ola bilər.

O zaman deyilmişdi ki, bu ciddi problem deyil və tezliklə bu problem aradan qaldırılacaq. Lakin bu çox ciddi problemdir və Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulmuş müddəalardan biridir. Zaman göstərir ki, bizim narahatlığımız əbəs deyilmiş və Milli İstiqlal Partiyasının Milli Şurada təmsil olunmamasının səbəblərindən biridir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında