Əli ƏLİYEV: “Azərbaycan xalqının dəstək vermədiyi “Milli Şura” kimi təhlükəli layihə uğurlu ola bilməz”

 

“Rüstəm İbrahimbəyovun “Milyarderlər İttifaqının” üzvü olması, onun israrı ilə “Milli Şura”nın təsis bəyannaməsində Azərbaycanın xarici siyasət kursunun qeyri-müəyyən saxlanması və rusiyalı politoloq Duqinin müsahibəsi “Milli Şura”nın şübhəli layihə olduğunu sübut edir. Bu faktların üst-üstə düşməsi “Milli Şura”nın istiqamətini müəyyənləşdirir”. Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib.

 Ə.Əliyev müxtəlif ölkələrin “Milli Şura” kimi qurumlardan Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi istifadə etdiyini qeyd edib. Partiya sədri bildirib ki, “Milli Şura” ölkə ictimaiyyətinin dəstəyini qazana bilməyib: “Milli Şura”nın təsis olunmasından 2 aya yaxın vaxt keçsə də, yalnız “Milli Şura” rəhbərliyində olan şəxslərin siyasi turist səfərləri müşahidə olunur. Ölkə ictimaiyyəti ilə danışmaqdansa, proseslərdə önə çıxmaqdansa, yalnız beynəlxalq aləmdə özlərinə dəstək axtarmağa cəhd edirlər. Fikrimcə, böyük dövlətlər ölkənin daxilindəki müxalifətdən siyasi hakimiyyətə qarşı istifadə edirlər və onların istəklərinə lazımlılıq dərəcəsinə görə qarşılıq verirlər. Təəssüf edirəm ki, Azərbaycan siyasətçiləri daim alət olmağa vərdiş ediblər. Bu çıxılmazlıqdan atılmış bir addımdır. Azərbaycan xalqının dəstək vermədiyi, xüsusən də belə bir təhlükəli layihə uğurlu ola bilməz”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında