“Milli Şura” erməni Nersesyanın otelində görüş keçirməklə millətə xəyanət etdi

 

Rüstəm İbrahimbəyov bundan sonra da

“Milli Şura”nın toplantılarının erməni Nersesyana məxsus

 “Vera Palase” otelində keçiriləcəyini bildirmişdir

Tbilisinin “Vera Palase” otelində “Milli Şura”da təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü keçirilmişdir. Görüşdə “Milli Şura”nın 16 üzvü iştirak etmişdir. İştirakçılar arasında Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, “Milli Şura”nın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev də var.

Görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Müsavat başqanı İsa Qəmbər ilk 20 dəqiqəsində iştirak etmədiyi görüşdən sonra mətbuata açıqlama verəcəyini bildirib.

İsa Qəmbər deyib ki, ona toplantının 18:30-da keçiriləcəyi bildirilib və o, hələ yığıncağa deyilən vaxtdan 10 dəqiqə tez gəlib. Ortaya haqlı suallar çıxır: görəsən İsa Qəmbər neçə gündür hazırlaşdıqları toplantıya niyə gecikib? Ona taplantının saat 18:30-da keçiriləcəyini kim deyib? Görüşün təşkilatçılarından biri olan Eldar Namazov, yoxsa otelin gürcü inzibatçısı? Suallar çoxdur, amma onların bir cavabı var: 20 ildir ana müxalifət lideri postuna iddia edən Müsavat başqanının gecikməsinin əsas səbəbi onun Rüstəm İbrahimbəyovla aralarında gedən açıq-gizli mübarizə ilə bağlıdır. Müsavat başqanı kənar birinin müxalifətin vahid namizədi olmasını ilk gündən həzm edə bilmir. Ona görə də saymazlıq edərək onu 20 dəqiqə gözlədib.

Görüşdə “Milli Şura”nın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə edilmişdir. İyulun 31-də eyni tərkibdə daha bir görüşün keçiriləcəyi gözlənilir.

Tbilisidəki mənbələr Rüstəm İbrahimbəyovun bundan sonrakı görüşlərinin, xüsusilə, “Milli Şura”nın mühacirətdə olan üzvləri ilə toplantılarının  da “Vera Palase”də-ermənilərin himayəsi və dəstəyi ilə keçiriləcəyini bildirib. “Vera Palase” erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur.  Andrey Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun Ermənistan prezidenti Serj Sarkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayağı sayıldığı bildirilir. Ermənilərin sifarişləri Rüstəm İbrahimbəyova daha çox məhz Nersesyanın vasitəsilə çatdırılır.

Günün sonunda məlum olub ki, şuranın  iyulun 30-da Tbilisidə keçirilən iclası da Bakıdakı toplantıları kimi boş və məzmunsuz, qeyri-səmimi söz-söhbətdən ibarət olub. Məsələn, Rüstəm İbrahimbəyov 6 ay görüşmədiyi siyasi həmfikirlərini aldadaraq deyib ki, mənim Bakıya qayıtmamağımın hansısa qorxu və ya təhlükə ilə bağlılığı yoxdur. Sadəcə, Rusiya vətəndaşlığından çıxmaq üçün çalışmağımla bağlı bu qayıdış ləngiyir. Dediyinə görə o, vətəndaşlıqdan çıxma prosesində şəxsən iştirak etməlidir. Ağ yalandır. Məgər 3 günlüyə Bakıya gəlib qayıda bilmir? Əgər elə idisə Tbilisiyə necə gəlmişdi?

Bundan başqa, Eldar Namazov toplantıdan əvvəl bəyan etmişdi ki, “Milli Şura”nın iclası Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binada keçiriləcək. Son nəticədə isə məlum oldu ki, Rüstəm İbrahimbəyov öz siyasi həmfikirlərini AXC-nin elan olunduğu binaya deyil, bilavasitə Andrey Nersesyanın ocağının başına topladı. Bu məqamın Rüstəm İbrahimbəyovun şurasının hansı dərəcədə milli olduğundan xəbər verir...

Görüş zamanı Andrey Nersesyanın oğlu bir neçə dəfə salona daxil olaraq Rüstəm İbrahimbəyova “zapiska” ötürmüşdür. Tbilisidəki etibarlı mənbələrin verdiyi məlumata görə, görüşün sonunda Nersesyan “Milli Şura” üzvlərini banketə dəvət etmişdir.

Tbilisidəki görüş “Milli Şura”nın və onun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun ermənilər tərəfindən idarə olunduğunu və maliyyələşdirildiyini bir daha təstiq edir.

“Xalq qəzeti”

 

 

BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın  təşəbbüsü ilə mətbuat bəyanatı yaymışdır

 İyulun 29-da Azərbaycanın təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurası Somalinin Moqadişu şəhərində Türkiyə səfirliyinin əsas binalarından birində törədilən terror aktı ilə bağlı mətbuat bəyanatı yaymışdır.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən  bildirmişlər ki, bəyanatda Şura üzvləri diplomatik və konsulluq nümayəndələrinə qarşı zorakılıq aktlarını qətiyyətlə pisləmiş, baş verən hadisənin qurbanlarının ailə üzvlərinə, Türkiyə hökumətinə və xalqına başsağlığı vermiş, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulamışlar.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının üzvləri terrorçuluğun bütün formaları və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu qeyd etmiş, motivlərindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, terror aktlarını cinayət hesab etdiklərini vurğulamışlar.

Xatırladaq ki, iyulun 27-də Moqadişuda törədilmiş terror aktı nəticəsində bir nəfər həlak olmuş, bir neçə insan xəsarət almışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında