Müsavat Partiyası başqanının müşaviri: Milli Şura prezidentliyə vahid namizəd məsələsində özü-özünü işə salmışdır

 

“Milli Şura prezidentliyə vahid namizəd məsələsində öz-özünü işə salıb. Müsavat Partiyası deyəndə ki, burada riskli hərəkətlər var, Milli Şurada təmsil olunan digər partiyalar birmənalı şəkildə bu açıqlamanı yanlış adlandırırdılar, müxtəlif yerə yozanlar da var idi. Amma indi zaman göstərir ki, iki ay yarımdan sonra seçkilərdir, lakin Milli Şuranın vahid namizədinin Azərbaycana gəlişi sual altındadır”. Bunu bazar ertəsi Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy demişdir.

S.Əlisoy bildirmişdir ki, bu, müxalifətin seçkidə hansı formada iştirakının effektiv olacağını şübhə altında qoyur: “Müxalifətin bugünkü durumunda bir xaos görürəm. Hesab edirəm ki, daha ciddi şəkildə, effektiv metodlar ortaya qoyulmalı idi, təəssüf ki, bu, baş vermədi. Son qərar olaraq Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanılmışdır”.

Müsavat rəsmisi demişdir ki, siyasətlə maraqlanan hər bir Azərbaycan vətəndaşının qarşısında bir sual durur: Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, nələr baş verəcək? “Bəziləri müxalifəti seçkiləri boykot etməyə çağırırlar, lakin siyasi partiyaların işi seçkilərdə iştirak etməkdir. Yəni demokratik seçki mühitinin bərqərar olunması üçün mübarizə aparmaq lazımdır. Təəssüf ki, indi müxalif düşərgədə bir qeyri-müəyyənlik hökm sürür”.

S.Əlisoy bildirmişdir ki, hətta R.İbrahimbəyov bundən sonra Azərbaycana gələ bilsə, vergi məsələləri həll olunsa belə, seçki kampaniyası ilə bağlı sıx qrafik yaranacaq: “Müxalifətin ölkə boyu seçicilərlə görüşüb, onların nə istədiyini, xalqa nə verəcəklərini isbatlamağa zamanı olmayacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında