ADP: “Milli Şura”nın yaranması ilə müxalifət partiyaları arasında konfliktin daha da dərinləşməsi prosesi başlamışdır Həsrət RÜSTƏMOV: “ADP prezident seçkilərinə Sərdar Cəlaloğlunun namizədliyi ilə getməlidir” Azərbaycan Demokrat Partiyası (ADP) prezident

ADP: “Milli Şura”nın yaranması ilə müxalifət partiyaları arasında konfliktin daha da dərinləşməsi prosesi başlamışdır

Həsrət RÜSTƏMOV: “ADP prezident seçkilərinə Sərdar Cəlaloğlunun namizədliyi ilə getməlidir”

Azərbaycan Demokrat Partiyası (ADP) prezident seçkilərinə partiyanın sədri Sərdar Cəlaloğlunun namizədliyi ilə getməlidir. ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə partiya sədrinin birinci müavini Həsrət Rüstəmovun açıqlamasında bildirilir.

 H. Rüstəmov demişdir ki, ADP-nin prezident seçkiləri ilə əlaqədar mövqeyi həmişə birmənalı olmuşdur: “Biz hesab edirdik ki, müxalifət partiyaları vahid siyasi koalisiyada və vahid komanda şəklində seçkilərdə iştirak etməlidir ... Hazırda da bu fikirdəyik ki, müxalifət cəbhəsində yekdillik olmasa, hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Təəssüf ki, bizim iradəmizdən kənarda müxalifətin bir hissəsi koalisiya yaratmağa cəhd etməkdədir və seçkilərə az bir müddət qalmasına baxmayaraq bu cəhdin belə uğurla başa çatacağı sual altındadır. Ən başlıcası isə “Milli Şura” adı altında toplanan bu siyasi qurumlar Azərbaycan müxalifətinin heç də hamısını təmsil etmirlər və faktiki olaraq müxalifətin birləşməsi şüarı altında ölkənin istiqlaliyyət əldə etməsi və demokratiya uğrunda uzunmüddətli mübarizə aparan siyasi partiyaların arasında konfliktin daha da dərinləşməsi prosesi başlayıb”.

H.Rüstəmov qeyd etmişdir ki, ADP sədri Sərdar Cəlaloğlunun “Milli Şura”dan ciddi cəhdlə kənarda saxlanması layihə müəlliflərinin Azərbaycana faydalı olmayan niyyətlərindən xəbər verir: “Bütün bunlara rəğmən, ADP-nin iki yolu qalır: ya seçkilərdə təkbaşına, öz namizədi ilə iştirak etmək, ya da yeni bir koalisiya quruculuğuna baş vurmaq. İkinci yol partiyadakı uzun müzakirələrdən sonra məqbul hesab edilmir. ADP yetkililəri belə düşünür ki, bütün qüsurlarına baxmayaraq, “Milli Şura”ya alternativ kimi qəbul oluna biləcək yeni koalisiya ictimai rəydə daha ciddi pərakəndəlik görüntüsü yaradar və gözlənilən məğlubiyyətin “günah keçisi”nə çevrilə bilər. Hazırkı situasiyada ən doğru yolu partiyanın idarə heyətinin əksər üzvləri kimi mən də, ADP-nin öz namizədi ilə seçkilərə qatılmasında görürəm”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında