“Nezavisimaya qazeta”: İbrahimbəyov jurnalistləri və silahdaşlarını ağzına qapaz vurmaqla hədələyərək öz nüfuzuna sarsıdıcı zərbə vurdu

 

Siyasətdən xəbəri  olmayan adamın  birdən-birə siyasətə gəlmək istəyinin nəticəsi  bax, belə olur. Adi bir  bəyanatda və ya çıxışda elə səhvə yol verir ki, sonra uzun müddət altından çıxa bilmir. Milli Şura yaradıb antimilli fəaliyyətlə məşğul olan  Rüstəm İbrahimbəyov da belə nəticələrlə üzləşdi.  Bir gün dedi ki, mən müxalifətin vahid namizədiyəm.

Ertəsi günü xəbər yaydı ki, yeri gəlsə mən başqa bir namizədin xeyrinə geri çəkilə bilərəm. Üçüncü gün daha gülünc bir fikir səsləndirdi : Mən müxalifəti son anda seçkini baykot etməyə çağırıram.  Onunla bir təşkilatın bayrağı altına girənlər çaşqınlıqla bir-birinə baxa-baxa qaldılar: Bu nə danışır?

Əgər o siyasətçi olsaydı,  “mənim haqqımda bəd yazanların ağzının üstünə qapaz vuracağam” -deyə əminlikə danışardımı? Siyasətçi heç zaman belə səhvə yol verməzdi. Hələ bu harasıdır, İbrahimbəyov Milli Şura deyib ətəyindən yapışdıqları qurumun ipə-sapa yatmayan üzvlərini də yeri gəlsə döyməklə hədələyir... Görünür çox oxumaqdandır.  Yeri gəlmişkən, “Milli Şura”nın vahid namizədinin bu həngaməli bəyanatları Rusiya mətbuatında da özünə yer tapıb. “Nezavisimaya qazeta” yazır ki, İbrahimbəyov həmin addımlarıyla öz nüfuzuna sarsıdıcı zərbə vurub. Rusiyalı həmkarlarımız bununla kifayətlənmir, İbrahimbəyovun  gündə bir fikir söyləyərək hərdəmxəyallıq etməsini və Bakıya gəlmədən Azərbaycanda “siyasi” fəaliyyətə başlamasını  açıq şəkildə qınayırlar.  Elə Azərbaycanda da İbrahimbəyovun hərdəmxəyallığı Milli Şura dedikləri qurumu dağıtmaq üzrədir.

Rüstəm İbrahimbəyovun özünü günün əsas fiqurlarından birinə çevirmək istəyinə kömək olaraq onun Ermənistan mətbuatına göndərdiyi  bir bəyanatı və həmin bəyanatdan sonra aldığı məktubun bəzi məqamlarını hörmətli oxucuların yadına salmaq istəyirəm.

Ötən il aprelin 21-də, yəni,  qondarma erməni soyqırımının qeyd olunduğu gün ərəfəsində “Qolos Armenii”  erməni saytında Sos Sarkisyan adlı  bir daşnakın ( o, hətta SSRİ xalq artisti fəxri adına da layiq görülübmüş) Rüstəm İbrahimbəyov adlı bir daşnak tərəfdarına məktubunu  oxumuşdum.  “Çox hörmətli Rüstəm İbrahimbəyov,  bu ilin mart ayında sizin “Noev kovçeq” (“Nuhun gəmisi” - red.)  qəzetində verilmiş dəyərli bəyanatınızı məmnuniyyətlə oxudum... Siz  Fransa demokratiyasının taleyi barədə necə də incə məntiq və həyəcanla söz açırsınız"...sözləri ilə başlanan məktubda cəmi iki abzas sonra Azərbaycan rəsmiləri təhqir olunur və guya bu ölkədə müasir Gebbelslərin yaşadığı iddia edilir. İbrahimbəyovun antitürk və antiazərbaycan mövqeyinə  tam arxayın olan Sarkisyan məktubun sonunda böyük bir əminlik ifadə edir:  “Mən inanıram ki, siz ermənilərin 1894- 1923-cü illərdəki soyqırımının tanınmasının şahidi olacaqsınız. Siz türklərin peşmançılığını və tövbəsini eşidəcəksiniz”.

Mən o zaman güman eləmişdim ki,  Rüstəm kişi indi Azərbaycan jurnalistlərini ağzına qapaz vurmaqla hədələdyi kimi Sarkisyana da bir məktub göndərər ki, qələt eləmə, Gebbels də, Hitler də Ermənistandadır. Əslində belə yazmağa haqqı da var idi. Çünki o biri Sarkisyanın özü dəfələrlə beynəlxalq tribunalardan deyib ki, xocalıları mən öz əlimlə qırmışam. Ona görə də Rüstəm kişi heç olmazsa Gebbelsin yerini  Sos ...oğluna göstərməliydi.  Göstərmədi. Amma məni qapazla hədələyir. Çünki o, azərbaycanlılara düşmən, ermənilərə isə dost kimi baxdığını gizlətmir.  Qərəz, indi məktubdakı bəzi məqamlar barədə mülahizələr.

Əvvəla,  dünyanın bir çox ölkələrində dost-tanışı, yaxınları, ev-eşiyi olan Rüstəm İbrahimbəyov fransız demokratiyasının mövcud vəziyyətindən narahat olaraq “incə məntiq və həyəcanla” qələmə aldığı bəyanatını nə üçün Paris, London, Moskva, Nyu-York, Berlin, lap elə Bakı kimi böyük şəhərlərdə deyil, bilavasitə İrəvanda çıxan  çoxtirajlı qəzetdə  ( mətbuatdan başı çıxanlar rəsmi  qəzetlə çoxtirajlı qəzetin fərqini yaxşı bilirlər) dərc etdirir? Xeyir ola?

Cavab: - Həmin bəyanatın yayıldığı günlərdə İbrahimbəyova adı çəkilən şəhərlərin və ölkələrin deyil, bilavasitə ermənilərin rəğbətini qazanmaq lazım idi.  Bu məqsədlə  Nuhun adı ilə bağlı olan mətbuat vasitəsi də təsadüfi seçilməmişdi. İbrahimbəyov burada da öz yazıçı təxəyyülünü işə salmışdı.

İkinci:  İbrahimbəyov nə üçün  məhz özünün yaşadığı ölkələrdəki demokratiya barədə düşünmür,  bilavasitə Avropanın ən çox inkişaf etmiş ölkələrindən birinin demokratiyasının halına acıyırdı? Bu sualla bir neçə ekspertə müraciət etsək də, hamısından eyni cavabı aldıq.

 Cavab: -  O,  Azərbaycanda da öz iqtisadi marağı təmin olunmayanda siyasətə qurşanmışdı. Görünür Fransada hansısa istəyinə rədd cavabı veriblər, o da Fransa demokratiyasının “dözülməz vəziyyətə düşdüyündən” bərk narahat olub.

 Üçüncü:   Sos Sarkisyan nə üçün Rüstəm İbrahimbəyovun erməni soyqırımını tanıyacağına əminlik ifadə edir?

Cavab aydın idi : - Ermənilər Rüstəm İbrahimbəyovla Əkrəm Əylislinin  nə yuvanın quşu olduqlarını bizdən yaxşı bilirdilər. Üstəlik erməni mətbuatı bu iki adamın məxsusi olaraq seçildiyini gizlətmir.

İndi hörmətli oxucudan soruşuruq: -  Antimilli  mövqe tutan “siyasətin saqqallı  uşağı” bir ölkəyə deyil,  ən  yaxşı halda  60-70 nəfərə rəhbərlik edə bilərmi?

Yəqin oxucu deyəcək ki, edə bilər. Amma Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi kimi.  Ölkə isə Kinematoqrafçılar ittifaqı deyil ki, söküb talayasan. Olmaz!

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında