Sərdar Cəlaloğlu: Milli Şurada təmsil olunanlar Rüstəm İbrahimbəyovun mövqeyinin əsirinə çevrilmişlər

 

Rüstəm İbrahimbəyov Dağlıq Qarabağ məsələsində demək olar ki, Rusiyanın mövqeyini nümayiş etdirir. Bu sözləri Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən demişdir.

S.Cəlaloğlu vurğulamışdır ki, Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağı mübahisəli bir torpaq kimi nəzərdə tutması tamamilə yanlışdır: “Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın ərazisidir, Azərbaycanın işğal olunmuş torpaqlarıdır. Yəni burada mübahisəli bir məqam yoxdur. Amma Rüstəm İbrahimbəyovun bir müxalif lider kimi bu cür düşünməsi tamamilə yalnışdır”.

Partiya sədri hesab edir ki, Milli Şura böyük yanlışlığa yol verib, çünki əgər Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədidirsə, onda o, milli məsələlərlə bağlı öz mövqeyini yox, Milli Şuranın mövqeyini ifadə etməlidir: “Misal üçün, elə Milli Şurada təmsil olunan partiyalar Dağlıq Qarabağın xalqın gözü qarşısında mübahisəli ərazi kimi tanınmasına razılıq verməzdilər və yaxud da bunu düzgün hesab etməzdilər. Yəni əgər Qarabağ məsələsi Milli Şurada müzakirə olunsaydı, fərqli mövqe ortalığa qoyulardı. Eləcə də digər məsələlərdə”.

S.Cəlaloğlu hesab edir ki, gərək Milli Şura bu məsələyə yenidən qayıda və mümkün qədər çalışa ki, Qarabağla bağlı və digər ciddi siyasi məsələlərlə bağlı Rüstəm İbrahimbəyov öz mövqeyini yox, bütünlükdə Milli Şuranın mövqeyini ifadə etsin.

Partiya sədrinin fikrincə, Rüstəm İbrahimbəyovun ritorikası demokratik bir ritorika deyil: “Bu, ola bilsin ki, onun təcrübəsizliyindən irəli gəlir, ola bilsin ki, sovet dövründə püxtələşib, keçmiş sovet rejminin təsiri ilə bağlıdır. Yəni çox səbəblər var, amma hər halda düşünürəm ki, Milli Şura üzvlərinin günahıdır. Onlar öz liderlərinin hər bir sözünü filtrasiya etməlidir, ən azı, demokratik reallıqlardan çıxış edib o məsələləri uyğunlaşdırmalıdırlar”.

Partiya sədri hesab edir ki, əvvəlcə Milli Şuranın müvafiq komissiyaları mövqe nümayiş etdirməlidir, sonra Rüstəm İbrahimbəyov onları nümayiş etdirməlidir: “Amma biz görürük ki, tərsinədir. Əvvəlcə Rüstəm İbrahimbəyov müəyyən bir mövqe nümayiş etdirir, sonra Milli Şura həmin mövqenin əsirinə çevrilir. Bu da təcrübəsizlikdən və Rüstəm İbrahimbəyov ilə onun komandası arasında işin düzgün qurulmamasından irəli gəlir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında