İqbal Ağazadə: Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini formalaşdıra bilmir

 

Rüstəm İbrahimbəyov siyasətçi deyil, bunu Trend-ə Azərbaycanın müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən demişdir.

İ. Ağazadə qeyd etmişdir ki, Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini də formalaşdıra bilmir: “Mən Rüstəm İbrahimbəyov haqqında ilk dəfə fikrimi demişdim ki, nə olmağından asılı olmayaraq o, sadəcə siyasətçi deyil və buna görə də öz fikirlərini bu istiqamətdə nə ifadə edə biləcək, nə də siyasi mövqe ortaya qoya biləcək”.

Partiya sədri Rüstəm İbrahimbəyovun “jurnalistlərin ağzından vurmaq” ifadəsini də yalnış hesab edir: “Bu, yalnış ifadədir. İbrahimbəyov siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, cəmiyyətlə hansı dildə danışmaq lazım olduğunu bilmir”.

Belə olan halda Rüstəm İbrahimbəyov nədən Milli Şuranın vahid namizədi kimi irəli sürülüb sualına cavab verərəkən Ağazadə qeyd etmişdir ki, bu, Milli Şuranın problemidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında