Milli Şura özünü nüfuzdan salmışların oylağına çevirdi...

 

 Bir nəfər dilçi dostumuz redaksiyaya  zəng edərək  Rüstəm İbrahimbəyovun yaratdığı Milli Şura ilə bağlı qələmə aldığımız yazılara öz  münasibətini bildirdi və bizə irad tutdu ki, həmin qurum Milli Şura adını doğrultmur, mahiyyətcə antimillidir. Ona görə də  adı mütləq dırnaqda yazılmalıdır. Çünki  quruma Azərbaycan dövlətinə qənim kəsilənlər toplaşıblar. Bu qurumu yaradanlar ona təmtəraqlı ad verə bilərlər. Ancaq Milli Şuranın nə demək olduğunu yaxşı bilənlər gərək bu qurumun adını dırnaqda yazsınlar. Yəni orada millilikdən əsər-əlamət yoxdur.  Əyri yolları məqbul sayan adamların toplaşdığı qurumdan xalq və milli dövlətçilik naminə nə gözləmək olar?

Peyğəmbərimizin gözəl bir kəlamı var. “Allah məni aldadana lənət eləsin, həmin adam məni ikinci dəfə aldatsa, onda Allah mənə lənət eləsin”. Yəni bu adamlar üzün illərdir ki, xalqı aldada-aldada gedirlər və yenə də onlara inananlar tapılır. Müxaliflərin adını Milli Şura qoyduqları təşkilatın çətiri altına toplaşanlar arasında bir nəfər də olsun son 20 ildə ortaya çıxmış siyasətçi və ya ziyalı yoxdur. Yəni oradakıların hamısı vaxtilə xalqı aldadanlardır. Oxuculardan kimsə bizim bu arqumentimizlə razılaşmaya bilər. Ona görə də biz bəzi xüsusi məqamları yada salmaq istəyirik. Baxaq görək oradakılar kimlərdir.

Rüstəm İBRAHİMBƏYOV:  O, Moskvadakı erməni dostlarına söz vermişdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının büdcəsindən qarət edib topladığı vəsait hesabına keçmiş Dağüstü Parkda - Şəhidlər Xiyabanının bir hissəsində  erməniləri qəbul etmək üçün restoran tikdirəcək. Bizim hökumət bu iyrənc layihəyə imkan verməyəndə Rüstəm İbrahimbəyov zorən siyasətçi oldu və onun siyasətdə naşı olduğunu görən bədxahlarımız dərhal ağsaqqal yazıçını qızışdırdılar ki, Azərbaycanın ən yaxşı prezidenti məhz sən ola bilərsən. O da inandı və camaatı, xüsusən, müxalifət başbilənlərini aldatmağa başladı. Doğrudur, onun yalanları çox çəkmədi. Başına toplaşanların əksəriyyəti aldandığını başa düşən kimi ondan uzaqlaşmağa başladılar. Çoxu da deyir ki, Rüstəmin elə kamil ağlı olsaydı, ölkəyə gəlib üstündəki məhkəmə işini bir tərəfə çıxarardı. Onu edə bilmirsə, necə prezident olacaq?

Eldar NAMAZOV:  Bu adam heç kəslə müqayisə olunmayacaq bir şəkildə dönüklük, ikiüzlülük nümayiş etdirdiyinə görə ( Avropada belələrinə reneqat deyirlər- red.) hakimiyyətin ən yüksək eşalonundan qovulub. İndi buna deyən lazımdır ki,ciddi-cəhdlə hakimiyyətdə təmsil olunmağa çalışırsan.  Axı sən hakimiyyət komandasında oturmuşdun. Nə üçün nəfsini saxlamadın? Nəfsini saxlayıb xəyanətə əl atmasaydın, indi bu başıpozuq adamların arasında da olmazdın.

Yeri gəlmişkən, ANS televiziyası Milli Şuranın ilk sessiyası keçirilən gün Eldar Namazovdan qısaca bir müsahibə götürmüşdü.  Həmin müsahibənin efirə verilməsiylə ölkə əhalisində Eldar Namazov deyilən adam barədə tam təsəvvür yarandı. Bu adam dörd cümləni dalbadal deyə bilmədi. Cümlələrin ikisi şikəst oldu, ikisi də anlaşılmaz. Bu təfəkkürlə hələ bir hakimiyyət iddiasına düşürlər.

İsa QƏMBƏR:  Bu adam eyni siyasi dalğada hakimiyyətə gəldiyi silahdaşı, ölkə prezidenti Əbülfəz  Elçibəyə  təxminən bir illik hakimiyyətləri dövründə təxminən iki yüz dəfə tələ qurmuş, badalaq vurmuş, fırıldaq gəlmişdi. Hətta dövlət başçısının özündən xəbərsiz prezidentin səlahiyyətlərinin bir hissəsinin Ali Sovet sədrinə verilməsi barədə qərara da nail olmuşdu. Rüstəm İbrahimbəyov İsa Qəmbərin bu keyfiyyətlərinin nəticələri ilə hələ bir az sonralar tanış ola biləcək. Təbii ki, ölkəyə qayıdıb gəlməyə özündə üz tapsa.

Yeri gəlmişkən,  indi Milli Şurada təmsil olunanların demək olar ki, hamısı kiməsə tor qurmaqda, fitnə-fəsad törətməkdə İsa Qəmbərdən geridə qalmazlar. Ona görə də Milli Şurada daşın qayaya rast gəlməsi gözlənilir. Daş bərkdir, qaya da güclü. Görək nə olur.

Əli KƏRİMLİ : Bu gün ölkədə kiməsə dərs vermək, kiməsə irad tutmaq, kimlərisə ittiham etmək istəyən adamların önündə gedən Əli Kərimlinin dilini qısa edəcək iki mühüm faktı heç kəs unutmayb.  Birinci fakt o idi ki, mərhum prezident Əbülfəz  Elçibəy üzünü məhz Əli Kərimliyə tutaraq demişdi: “Bəsdir bu ölkəni korrupsiya və rüşvətxorluq girdabına çevirdiniz. Pulu alanda da elə alın ki, səsi aləmi götürməsin”. İkinci fakt isə mərhum Elçibəyin zəhərləndirilərək öldürülməsi məsələsi idi ki,  gərək İbrahimbəyov və Milli Şuranın digər rəhbərləri Əli Kərimlinin bu qabiliyyətinə qarşı dönə-dönə peyvənd olunsunlar.

Yeri gəlmişkən, Milli Şura rəhbərləri Əli Kərimliyə nisbətən İsa Qəmbərə daha çox etimad göstərməklə  AXCP sədrinə müəyyən mesaj göndəriblər ( belə mesajları Elçibəy də çox göndərmişdi- red.).

Rəsul QULİYEV:  Bu adam okeanın o tayında yaşadığı müddətdə  özünün tamamilə korlanmış imicini bərpa etmək üçün  bir dəfə Azərbaycana qayıtmaq istəmişdi. Ancaq Ukraynaya qədər gəlib, təyyarədə  özünü daha da pis rüsvay eliyərək geriyə qayıtmalı olmuşdu. İndi deyirlər ki,  ölkəyə Milli Şuranın “qanadları üstündə” qayıtmaq istəyir. Amma ona başa salırlar ki, Milli Şuranın qanadları elə möhkəm olsaydı , elə Rüstəm İbrahimbəyovun özünü ölkəyə gətirə bilərdi.

Yeri gəlmişkən, Milli Şura elə Rəsul Quliyev kimi adamların yeridir. Çünki o, öz partiyasını və təmsil olunduğu iqtidarı çox asanlıqla dəyişməyi bacaran azsaylı soydaşlarımızdandır.

Milli Şuradakı qalan 5-10 nəfəri isə yada salmaq istəmirik. Onlar yaşadıqları uzun ömür boyu cəmiyyətdə öz yerlərini tapa bilməyiblərsə və indi bu saxta qurumun çətiri altına sığınmaqla təsəlli tapırlarsa, qoy tapsınlar. 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında