Tahir KƏRİMLİ: Milli Şura real deyil, utopik ideyadır və konstitusiya ilə ziddiyyət təşkil edir

 

 

Vəhdət Partiyasının sədri hesab edir ki, Azərbaycanın müxalifət düşərgəsindən prezidentliyə iddialı hər hansı şəxs Azərbaycanda sabitliyi, əmin-amanlığı təmin etmək iqtidarında deyil.

“Hətta müxalifətdən özünü ciddi namizəd hesab edən hər hansı şəxs sabitliyi təmin edəcəyi ilə bağlı vəd vermir. Bu onu göstərir ki, müxalifət liderləri öz təşkilatlarının ayrılıqda və ya birlikdə gücünə inanmırlar”, – bu sözləri Trend-ə partiya sədri Tahir Kərimli demişdir.

O, qeyd etmişdir ki, son zamanlar bəzi müxalif dairələr müxalifəti birləşdirmək üçün Milli Şura ideyasına ümid edirlər: “Ancaq Milli Şura real vəziyyətin təsviri deyil, hansısa utopik ideyadır. Hətta Milli Şuranı hüquqi bir model kimi irəli sürsək belə, konstitusiya ilə ziddiyyət təşkil edir. Həm siyasi, həm hüquqi, həm də ictimai tərəflərini düşünərək, hesab edirəm ki, Milli Şura yaransa belə, vahid namizədliyi əldə edə bilməyəcək”.

Partiya sədrinin sözlərinə görə, ümumilikdə müxalifətin vahid namizədlə çıxış etməsinə heç bir ümid yoxdur.

Kərimlinin fikrincə, artıq müxalifət liderləri və müxalifət təşkilatlarının rəhbərləri açıq-aydın başa düşürlər ki, seçkilərdə qalib gəlmək şansları yoxdur: “Ona görə də onlar prezident olmaq uğrunda mübarizə aparmırlar. Onlar müxalifət düşərgəsində 1-ci lider, 1-ci təşkilat olmaq uğrunda mübarizə aparırlar. Onlar hədsiz qeyri-səmimidirlər, bir-birilərini vaxtında müdafiə etməyiblər, hətta indi də bir-birilərini sosial şəbəkələrdə gözdən salırlar ki, başqası gözdən düşsə, özləri daha böyük, daha şanslı görünər. Belə olan halda bunların birliyi də bir səmərə verə bilməz. Qeyri-səmimi birlik nə verəcək?”.

Müxalifətdə vahid namizədi müəyyən etmək üçün vaxt azlığının olduğu barədə fikirlərə münasibət bildirən Kərimli qeyd edib ki, onlar əvvəlcədən məğlub olacaqlarını bilirdilər və gələcək məğlubiyyətlərini sığortalamaq üçün müəyyən bəhanələr axtarırlar: “Öz fikirlərini tamamilə əks arqumentlərlə əsaslandırırlar. Əvvəl vahid namizəd məsələsini tez sayırdılar, indi isə gec sayırlar. Bütün bunlar sadəcə bəhanədir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında