ƏLİ ƏLİYEV: İctimai Palata üstəgəl Eldar Namazov formulu uzaqbaşı suisidə bərabər ola bilər

 

 

Milli Şuranın Azərbaycan üzrə icraçı direktoru Eldar Namazovdur. Trend-in məlumatına görə, bu barədə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev jurnalistlərə açıqlamasında demişdir.

Ə.Əliyev qeyd etmişdir ki, bir neçə gün əvvəl mətbuatda Rüstəm İbrahimbəyovun Azərbaycanda Milli Şura adlı qurumun yaradılması prosesində iştirak edən Eldar Namazova və digər iki partiyanın sədrlərinə ünvanlanmış təkəbbürlü və hədələyici mesajı yetərincə təəccüblə qarşılanmışdır:

“Çünki mənim yaxından tanıdığım həmin iki siyasətçi adətən heç kimə onlarla belə davranmağa imkan vermirdilər. Bu, birinci dəfə idi ki, Rüstəm bəy belə bir imkanı özündə tapdı və onun ultimativ mesajına qarşı tərəflərdən heç bir cavab verilmədi. Hər kəs gördü ki, Rüstəm bəy bəhs etdiyimiz mesajında Milli Şura yaradıcılarından sanki hesab tələb etdi və onların qarşısına prosesi yekunlaşdırmaq üçün göstəriş formasında möhlət də qoydu”.

O hesab edir ki, bu, onun göstəricisidir ki, Rüstəm bəy Milli Şuranın yaradılması məsələsində hegemon mövqedədir və prosesin ləngiməsindən narahatdır:

“Onun narahatlığı bununla bağlı ola bilər ki, ola bilsin, Rüstəm bəyin də hesabat verəcəyi başqa instansiya mövcuddur. Açıq müşahidə olunur ki, bu insanlarda həmin yubanma ilə əlaqədar çox ciddi təşviş var. Yəqin, onların da bu layihənin icrasına dair öncədən hazırlanmış təqvim planı var və qrafikdən kənara çıxılması o çevrənin artıq ictimailəşmiş narahatlığını üzə çıxarıb”.

Ə.Əliyev hesab edir ki, Milli Şura ölkədə hər hansı ciddi dəyişikliyə təkan verəcək bir layihə olmayacaq. Onun sözlərinə görə, Milli Şuranı başqa cür təqdim etsək, deməliyik ki, o prosesdə tərəflər İctimai Palata və Eldar Namazovla məhdudlaşır:

“İctimai Palata mövcud olduğu üç il ərzində nəyə nail olubsa, Milli Şuranın əldə edəcəyi nəticə də ondan artıq olmayacaq. Çünki İctimai Palata üstəgəl Eldar Namazov formulu uzaqbaşı suisidə bərabər ola bilər. Qısası, bu gəlişmədə heç bir ciddi perspektiv görmürəm”.

Onun fikrincə, Milli Şura ətrafında nə qədər ajiotaj yaratmağa çalışsalar da, onu ümummilli layihə kimi təqdim etsələr də, onu nə qədər cəlbedici mücadilə epitetləri ilə bəzəsələr də, bu, ölü bir qurum olaraq qalacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında