BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycan son 14 ildə ən böyük elektron idarəçilik proqramını yaradıb”

 

 

Azərbaycan son 14 il ərzində ən böyük elektron idarəçilik proqramını yaradıb.

“APA-Economics”in xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek dünən Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “E-hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda V beynəlxalq elmi-praktik konfransda  çıxışında bildirmişdir.

Onun sözlərinə görə, bu işlərə BMT İnkişaf Proqramı da müvafiq töhfələrini verib: “Bu işlərdən biri kimi, xüsusilə dövlət idarəçiliyi sahəsində müvafiq  islahatların keçirilməsini qeyd etmək olar. Bu islahatlar sayəsində layiqli idarəçiliyi və effektiv xidməti təmin etmək üçün dövlət strukturlarının fəaliyyətində şəffaflıq və cavabdehlik amilləri daha da gücləndirilib”.

“Biz Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Xarici İşlər nazirlikləri, DSMF kimi qurumlarla əməkdaşlıq etmişik. Sonra da RİTN-lə işləyərək məlumatların ötürülməsi şəbəkəsini daha da gücləndirmişik və beləliklə, dövlət proqramına və əhalinin hüquqlarına tam cavab verən, yəni xidmətləri elektron qaydada əlçatan şəklə salan bir sistem yaratmışıq” - deyə BMT-nin rezident-koordinatoru bildirmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında