ATƏT Azərbaycan ilə əməkdaşlığa xüsusi юnəm verir

 

 

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin rəhbərlik etdiyi nümayəndə heyəti ilə gюrüşmüşdür.

Avropanın nüfuzlu qurumunun nümayəndəsini Bakıda gюrməkdən məmnun olduğunu bildirən O. Əsədov Azərbaycanın müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya istiqamətində siyasət yürütməyə başladığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Avropa strukturları ilə əməkdaşlıq Azərbaycanın юz qanunvericiliyində əsaslı islahatlar aparmasına imkan yaratmışdır.

Milli Məclisin sədri demişdir: ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Bizim arzumuz ondan ibarətdir ki, ATƏT münaqişənin həlli istiqamətindəki səylərini artırsın. Münaqişə ədalətli həllini tapsın, Azərbaycanın işğal altındakı torpaqları azad edilsin, qaçqınlar юz doğma torpaqlarına qayıtsınlar.

Azərbaycanın iqtisadi inkişafı haqqında qonağa məlumat verən O.Əsədov demişdir ki, neft gəlirlərinin səmərəli istifadəsi və həyata keçirilən enerji layihələri yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yüksəlməsinə şərait yaratmışdır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin səmimi qəbula gюrə minnətdarlığını bildirərək demişdir ki, qurum Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir, Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxlayır və münaqişənin sülh yolu ilə həll olunması istiqamətində səylərini artırmağa çalışır.

Gюrüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri də müzakirə olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında