Araz ƏLİZADƏ: Milli Şura ideyası cəfəng fikirlərdən biridir

 

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri hesab edir ki, Milli Şura ideyası Azərbaycanın siyasi səhnəsində səsləndirilən cəfəng fikirlərdən biridir.

“Bizdə siyasətçilər var ki, seçki illərində göstərmək istəyirlər ki, biz də varıq. Hər dəfə bir fikir irəli sürürlər, gah İctimai Palata yaradırlar, gah Milli Şura yaradırlar, bəziləri deyir ki, gəlin müxalifətdən kimin namizəd olması üçün praymeriz keçirək”, - bu barədə Trend-ə açıqlamasında ASDP-nın sədri Araz Əlizadə demişdir.

Onun fikrincə, bu cür cəfəng fikirlər Azərbaycan siyasi səhnəsində tez-tez səslənir və Milli Şura təşəbbüsü də elə onlardan biridir.

Partiya sədri hesab edir ki, Milli Şura ideyası ölü doğulmuş uşaqdır, ayaq açıb gəzməyəcək və bunun cəmiyyətdə də heç bir nüfuzu olmayacaq. “Yəni, “sıfır üstəgəl sıfır üstəgəl sıfır”, nə alınacaq?” - deyə A.Əlizadə vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında