Kinorejissor Rüstəm İbrahimbəyovun bir ayağının burda, bir ayağının isə gorda olan vaxtında siyasətlə məşğul olması onu gülünc vəziyyətə salıb. Sən demə, onun “siyasi meydana” atılmasının əsl səbəbi “zavallı erməniləri” müdafiə etmək imiş. Neçə vaxt idi ki, gizli saxladığı bir sirri - mənşəyinin erməni olmasını, nəhayət ki, ortalığa qoydu.
O, əvvəllər də ermənilərlə əməkdaşlıq edirdi. Daşnaksütyun Partiyasının fəallarından olan Roman Balayan, Rudik Avanesov və digərləri Rüstəm İbrahimbəyovun ən əziz qonaqları olub. Onlarla öz evində gecə - gündüz yeyib - içib, şənlənib. Sanki ulu babalarının qoxusunu daşnaklardan alıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri kimi erməniləri həmişə ölkəmizə dəvət edib, onlara ziyafət verib, düşmənlərimizlə əməkdaşlığını daha da möhkəmlədib. Nankor kinorejissor 2008-ci ildə Rusiya mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr səsləndirmiş, ermənilərə bəslədiyi gizli rəğbəti açıq şəkildə ortaya qoymuşdur. Bundan sonra həm ermənilərin, həm də ermənipərəst dairələrin yanında “hörməti” xeyli artmışdır. Ermənilər xalqımıza qarşı çirkin niyyətlərini həyata keçirməkdə bu xəyanətkardan bir alət kimi istifadə etmişlər. Elə indi də nankor kinorejissor erməni lobbisinin əlində oyuncağa çevrilib.
Azərbaycan haqqında cəfəng fikirlər və qərəzli iddialarla çıxış edən R. İbrahimbəyov indiki iqtidarın ünvanına yalan və böhtanlar yağdırmaqla xarici himayədarlarından daha çox qrant almaq fikrinə düşüb. Rusiya mətbuatına xalqımız haqqında böhtanla dolu müsahibə verənə qədər yalnız kinorejissor və ssenarist kimi tanınan R.İbrahimbəyov bundan sonra vətən xaini kimi də tanındı. O, bu müsahibəsində ermənilərə bəslədiyi gizli rəğbətini ortaya qoydu və bununla da soykökünün mənşəyini açıqladı. Mövqeyi və niyyəti bəlli olmayan, xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən R. İbrahimbəyovun, sən demə, qərəzli iddialarının pərdəarxası məqamları var imiş. Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərliyi dövründə qurumun büdcəsindən mənimsədiyi 83 min dolları, ittifaqa məxsus “Şərq-Qərb” restoranının yerini satıb pulunu ələ keçirməsini ört - basdır etmək üçün qabaqdangəlmişlik edirmiş. Acgöz dramaturq mənimsədiyi bu qədər vəsaitlə kifayətlənməyərək İttifaqa məxsus Şəkidə və Mingəçevirdə fəaliyyət göstərən sanatoriyaları, Bakıda H.Seyidbəyli küçəsində qurumun əməkdaşları üçün inşa olunmuş binanı satıb pulunu da dədəsinin malı kimi mənimsəmişdir. “Şərq-Qərb” festivalı üçün tikilmiş qonaq evini də özünün xüsusi mülkiyyətinə çevirmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri R. İbrahimbəyovun ittifaqa yarıtmaz rəhbərliyinə, qurumun büdcəsini və əmlakını talan etməsinə birtəhər dözsələr də, ermənilərə xüsusi rəğbət bəsləməsinə və son vaxtlar bunu açıq şəkildə həyata keçirməsinə artıq dözə bilməmiş və bir - birinin ardınca istefa vermişlər. İttifaqda yalnız özünün və sayca üçüncü olan arvadının qaldığını görən R.İbrahimbəyov beynəlxalq təşkilatlar qarşısında haray-həşir salaraq guya onun hüquqlarının pozulması barədə rəy formalaşdırmağa çalışmışdır. O, bunu guya ictimai - siyasi həyatdakı fəaliyyəti ilə əlaqələndirdi. Hələ o zaman R.İbrahimbəyovun diqqətinə çatdırıldı ki, Azərbaycanda sırf ictimai-siyasi məqsədlərə xidmət edən insanlar azad şəkildə fəaliyyət göstərirlər və hər kəsə öz sözünü deməyə və fikrini açıq şəkildə çatdırmağa hər cür şərait yaradılıb. Hətta iqtidarı açıq şəkildə tənqid edənlərə “gözün üstdə qaşın var” deyən yoxdur. Rüstəm İbrahimbəyova da sırf ictimai-siyasi fəaliyyəti ilə bağlı belə bir irad tutan olmadı. Baxmayaraq ki, onun fəaliyyətində elə də diqqətçəkən məqamlar yox idi. Axı, Rüstəm İbrahimbəyov siyasət adamı deyil. Ona görə də onun “siyasi fikirləri” çox gülməli və ikrah doğuran idi. Ancaq o haray-həşir salmaqla mənimsədiyi külli miqdarda vəsaiti və rəhbərlik etdiyi qurumun əmlakını ört - basdır etmək, özünü isə toxunulmaz etmək istəyirdi. Çünki özünün cinayət xarakterli bəd əməllərini çox yaxşı bilirdi və bundan narahat idi. R.İbrahimbəyov çox yaxşı bilirdi ki, siyasi mövqeyindən, söylədiyi fikirlərdən və mövcud iqtidara münasibətindən asılı olmayaraq, onu heç bir həbs təhlükəsi gözləmirdi.
O, xarici ölkələrə səfərləri zamanı da ölkəmiz haqqında yalan və böhtanlar söyləməklə indiki hakimiyyətin ünvanına əsası olmayan ittihamlar səsləndirməklə özünü təmizə çıxarmaq istəyirdi. Bütün müsahibələrində də xalqımızı təhqir etməyi, erməniləri isə müdafiə etməyi unutmurdu. Onun bu günlərdə Rusiyanın “Rosbalt” İnformasiya Agentliyinə verdiyi müsahibə ilə tanış olan hər bir kəs artıq Rüstəm İbrahimbəyovun azərbaycanlı olmasına tam şübhə ilə yanaşacaq. O, artıq əsl ermənipərəst simasını tam açıqlığı ilə nümayiş etdirdi. R.İbrahimbəyov müsahibəsində bildirib ki, ermənilər Azərbaycan xalqına düşmən deyil: “Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır”.
Rüstəm İbrahimbəyov bu müsahibəsində Bakını tərk etmiş ermənilərin xiffətini çəkdiyi, onların həsrəti ilə yaşadığını gizlətmir. O, “Rosbalt”a müsahibəsində Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənir və bu ərazinin guya Azərbaycandan daha çox Ermənistana aid olması barədə əsassız fikirlər bildirir. R.İbrahimbəyov erməniləri münaqişənin qurbanı hesab edir. Bu gün dünyanın əksər ölkələri və nüfuzlu beynəlxalq təşkilatları Dağlıq Qarabağı Azərbaycanın ərazisi və ayrılmaz tərkib hissəsi kimi tanıdığı halda, R.İbrahimbəyov bu ərazinin ermənilərə məxsus olduğu iddiasındadır. Bu, əsl vətən xaininə xas olan bir xislətdir. O, bu fikirləri səsləndirərkən bir daha ermənipərəstliyini, bu qəddar, qaniçən millətə məxsusluğunu ortaya qoydu. Eyni zamanda, yaxın dostluq əlaqələrinə malik olduğu Daşnaksütyun Partiyası üzvlərinin və Rusiyada, Fransa, ABŞ-da tez-tez səfərlərdə olarkən görüşdüyü erməni dostlarının sifarişlərini can - başla yerinə yetirdiyini təsdiqlədi. Bütün bunlar göstərir ki, R.İbrahimbəyov da Əkrəm Əylisli kimi Vətəninə xəyanət yolu tutmuş ermənipərəst ünsürdür. Onun “Daş yuxular” romanının müəllifi Əkrəm Əylislinin xəyanətinə münasibətdə ermənipərəst yazıçını dəstəklədiyini bəyan etməsi heç də təsadüfi deyildi. Bunlar R.İbrahimbəyovun anti-Azərbaycan ruhlu mövqeyindən, satqınçılığından və milli xəyanətkarlığından irəli gəlir.
Belələrinin özlərini azərbaycanlı adlandırması xalqımız, milyona yaxın qaçqın və məcburi köçkünümüz, müharibədə əzizlərini qurban vermiş vətəndaşlarımız üçün, şəhidlərimizin ruhuna əsl təhqirdir. Əkrəm Əylisliyə layiq olduğu yerini göstərən ictimaiyyət nümayəndələri, ziyalılar, ictimai - siyasi xadimlər və sadə insanlar ermənipərəst yazıçının digər tayı olan kinorejissor Rüstəm İbrahimbəyova da əsl münasibətini ortaya qoyacaqlarına şübhə yoxdur.
Artıq ziyalılar, deputatlar və siyasi təşkilatların nümayəndələri Rüstəm İbrahimbəyovun Rusiyanın “Rosbalt” agentliyinə müsahibəsindəki yalan və böhtanlara, xalqımıza yönəlmiş təhqirlərə kəskin etirazlarını bildiriblər. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı R.İbrahimbəyovun ermənilərin Azərbaycan xalqına düşmən olmaması barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib :"Rüstəm İbrahimbəyov millətçi erməni kimi danışır. O, ermənilərin maraqlarına uyğun olan açıqlamalar verir. O, özünü kosmopolit düşüncəli dünya vətəndaşı hesab edir. Əgər R.İbrahimbəyov özünü doğrudan da obyektiv adam hesab edirsə, o zaman baş verənlərə obyektiv münasibət göstərməlidir. Çox təəssüf ki, özlərini ziyalı adlandıran bəziləri hesab edirlər ki, obyektiv olmaq üçün Azərbaycana Əkrəm Naibov kimi ləkə yaxmaq lazımdır. Həmin “ziyalılar” obyektivliyi bunda görürlər. Bu “ziyalılar” müyyən xarici mərkəzlərin sifarişlərini icra edirlər və bunun müqabilində maliyyə vəsaitləri alırlar. Hazırda həmin xarici mərkəzlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tələbi də ondan ibarətdir ki, mümkün olduğu qədər Ermənistan tərəfi haqlı çıxarılsın. Ermənilərin haqlı çıxarılması işini isə Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi adamlara həvalə edirlər”. Akif Nağının fikrincə, Rüstəm İbrahimbəyov xarici mərkəzlərə xidmət edən adamdır. O, heç zaman Azərbaycan dövlətinin milli maraqlarına xidmət etməyib. Çox təəssüf ki, Azərbaycanda olan bəzi “ziyalılar” da R.İbrahimbəyovun yanında olmaqla çox yanlış yolu seçiblər”.
A.Nağı qeyd edib ki, Rüstəm İbrahimbəyov bir neçə il əvvəl Azərbaycan dövlətinə qarşı xəyanətkar fikirlər səsləndirib: “Hələ bir neçə il əvvəl Rüstəm İbrahimbəyov deyirdi ki, ermənilər Bakıdan çıxandan sonra guya Bakının səviyyəsi aşağı enib. Yəni, Rüstəm İbrahimbəyov hər zaman bu kimi ermənipərəst açıqlamalar verib. Nədənsə onda ermənilərə sevgi, Azərbaycan xalqına isə nifrət hissi mövcuddur”.
Əlbəttə ki, R. İbrahimbəyovun xalqımız qarşısındakı dağıdıcı, xain və dönük fəaliyyəti zaman - zaman özünü büruzə verib. Azərbaycan Kinematoqrafçılar İttifaqı, əslində, Rüstəm İbrahimbəyovun biznes strukturu kimi onun şəxsi maraq və ambisiyalarının təmin olunmasına, ermənilərlə əməkdaşlığını möhkəmləndirməyə, əlaqələrini daha da genişləndirməyə yönəldimişdi. Özünü “ziyalı” adlandıran, “zavallı ermənilərin” halına acıyan, onların problemlərini özünə dərd edən bu şəxs hansı mənəvi haqla Azərbaycandan və azərbaycançılıqdan danışır?
Milli Məclisin deputatı Sahib Alıyev Rüstəm İbrahimbəyovun “Rosbalt” saytına verdiyi müsahibəyə sərt münasibət bildirərək deyib: “Rüstəm İbrahimbəyov Əkrəm Əylislinin “Daş yuxusu”nda müqəddəsləşdirdiyi ermənilərə Dağlıq Qarabağı hədiyyə etmək fikrindədir. Professor Nizami Cəfərov hələ bir neçə il öncə deyəndə ki, bu adam Azərbaycan yazıçısı deyil, onu topa tutanlar vardı. İndi isə bəlli olur ki, R. İbrahimbəyov təkcə yazdıqlarıyla yox, mahiyyətilə də azərbaycanlı deyil. “Dağlıq Qarabağın kimin olması məsələsi danışıqlar və müzakirə predmetidir, münaqişənin hərbi yolla həlli böyük cinayətdir”- deyən, SSRİ-nin dağılmasına göz yaşı axıdan, bizi “slavyan-türk birliyi” kimi qiymətləndirdiyi Avrasiya İttifaqına səsləyən bir adam sizcə, çaşıbmı? Yox çaşmayıb, komanda alıb ona görə belə danışır”.
Xəyanətkar və satqın, ermənipərəst Rüstəm İbrahimbəyovun müsahibəsinə etiraz edənlərdən biri də Milli Məclisin deputatı Fuad Muradovdur. O, bu müsahibənin başdan-ayağa erməni sevgisi üzərində qurulduğunu deyib. F.Muradov bildirib:“Çox təəssüf edirəm ki, Rüstəm İbrahimbəyov azərbaycanlıdır. Hətta Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı müsahibədə tamam əks şəkildə diqqətə çatdırılıb. Bu isə hər bir azərbaycanlıya və müstəqil Azərbaycana qarşı çıxmaq deməkdir”.
R.İbrahimbəyovun müsahibəsində Dağlıq Qarabağ məsələsi barədə deyilənlər deputatı daha çox hiddətləndirib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağ məsələsilə bağlı mövqeyi Azərbaycana qarşı olan qüvvələrin mövqeyindən zərrə qədər də fərqlənmir. F.Muradov deyib: “Rüstəm İbrahimbəyov bu müsahibəsi ilə Azərbaycanla bağlı olmadığını, Azərbaycanın dərdlərini yaşamadığını, Azərbaycan insanın Dağlıq Qarabağın işğal faktı ilə bağlı çəkdiyi əzab-əziyyəti görmədiyini əyani şəkildə, çılpaqlığı ilə ortaya qoyur. Biz bunu Azərbaycan cəmiyyətinə çatdırmalıyıq. Azərbaycan cəmiyyəti Rüstəm İbrahimbəyovun bu müsahibəsindən xəbərdar olmalıdır. Hesab edirəm ki, Azərbaycanda Rüstəm İbrahimbəyova qoşulmaq istəyən ziyalı adamlar bu yoldan əl çəkəcəklər və bu yoldan dönəcəklər. Çünki Rüstəm İbrahimbəyovun müsahibəsi bir daha onu göstərdi ki, onun bütün addımları, düşüncəsi anti-Azərbaycan mövqeyidir”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.