Mübariz ƏHMƏDOĞLU: Serj Sarkisyanın məqsədi Avropa İttifaqı ilə Rusiyanı qarşı-qarşıya qoymaqdır

 

 

 

Ermənistan Prezidenti Serj Sarkisyanın məqsədi Avropa İttifaqı ilə Rusiyanı qarşı-qarşıya qoymaqdır. “Trend” xəbər verir ki, bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirmişdir.

“Aİ-nin fikrincə, Ermənistanla azad iqtisadi zonaya qoşulma haqqında müqavilə Aİ-nin Vilnüs sammiti zamanı imzalana bilər. Gecikmə olarsa, bu 2014-cü ilin birinci yarısından o tərəfə keçməyəcək. Ermənistan tərəfi bu ilin iyun ayında Vilnüs sammitində Avropa İttifaqı ilə sazişin imzalanmasına çox ümid edir. Lakin eyni zamanda çalışırlar ki, Avropa İttifaqı ilə Ermənistan arasında saziş Vilnüs sammitinədək imzalansın”, - deyə politoloq vurğulamışdır.

Onun sözlərinə görə, Sarkisyanın inauqurasiyası zamanı Ermənistanla Rusiya arasında Ermənistanın Avrasiya İqtisadi Komissiyası ilə əməkdaşlığı barədə sənəd imzalanacaq: “Rusiya tərəfi bu sənədi hüquqi qüvvəyə malik müqavilə kimi görmək istəsə də, Ermənistan prezidenti bunu hüquqi qüvvəsi olmayan memorandum kimi imzalamaq istəyir. Sarkisyanın məqsədi Avropa İttifaqı ilə Rusiyanı qarşı-qarşıya qoymaqdır”.

Onun sözlərinə görə, hazırda Ermənistanı çox ciddi narahat edən məsələ Ermənistanın Aİ və ya Rusiya istiqamətində seçim etmək məcburiyyətində qalmasıdır.

Əhmədoğlu qeyd etmişdir ki, Aİ-də Rusiyanın Ermənistanda hərbi bazalarının mövcudluğunu bilirlər və baş nazir Tiqran Sarkisyanın qarşısında bu məsələ qaldırılmışdır: “O isə Ermənistanda Rusiyanın hərbi bazalarının mövcudluğunun Ermənistan-Avropa İttifaqı əlaqələrinə maneçilik törətmədiyini bildirmişdir. Lazım gələrsə, bu bazaların çıxarılması məsələsini gündəliyə gətirmək olar. Ehtimal ki, Tiqran Sarkisyan Rusiya bazalarını Avropa İttifaqının əli ilə öz ölkəsindən çıxarmaq niyyətindədir. Rusiya ilə Avropa İttifaqını qarşı-qarşıya qoymaqla Sarkisyan seçim etmək məcburiyyətindən xilas olur, hər iki tərəfdən qazanmağa çalışır. Ermənistan Avrasiya və Avropaya inteqrasiya arasında seçim etməkdən yayınmaq üçün əlindən gələn hər şeyi edəcəkdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında