Azərbaycan ilə Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

 

 

Ölkəmizdə səfərdə olan Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani martın 16-da Milli Məclis sədrinin müavini Bahar Muradova və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

Ölkələrimiz arasında əlaqələrin qədim tarixə söykəndiyini qeyd edən B.Muradova Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən birinin məhz Pakistanın olduğunu vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan bütün istiqamətlərdə hər zaman Pakistanın dəstəyini hiss etmişdir və ölkələrimiz arasında  münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclis sədrinin müavini xüsusilə parlamentlərarası əlaqələrin yüksələn xətlə inkişaf etdiyini demiş, dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, iki ölkənin parlamentləri arasında sıx əlaqələr dövlətlərimiz və xalqlarımızın maraqlarının qarşılıqlı şəkildə qorunmasına töhfəsini verməkdədir. Ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələr sürətlə inkişaf edir. Bu inkişaf həm beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin birgə fəaliyyətində, həm də ikitərəfli münasibətlərdə özünü göstərir. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan B.Muradova ölkəmizin ən ağrılı probleminin həlli istiqamətində Pakistanın göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir. O, Pakistan Senatının Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qətnaməni xüsusi vurğulamışdır.

Hər iki ölkənin separatizmdən əziyyət çəkdiyini qeyd edən Milli Məclis sədrinin müavini bildirilmişdir ki, Azərbaycan Kəşmir probleminin həllində beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanmağın, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğunu hər zaman bəyan etmişdir.

B.Muradova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin, Pakistanın problemlərinə göstərdiyi diqqətin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə böyük töhfə verdiyini bildirmişdir.

Dağlıq Qarabağ və Kəşmir problemlərinin bənzər və fərqli məqamlarından da danışan R.S.Qaimxani bu məsələlərin tezliklə həllinin vacibliyini vurğulamışdır.

Hər iki ölkədə qadın məsələlərinə ciddi önəm verildiyini bildirən qonaq Azərbaycan ilə Pakistanın bu sahədə birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.

R.S.Qaimxani Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələri yüksək qiymətləndirmişdir.

Azərbaycan və Pakistan rəsmilərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayan qonaq bildirmişdir ki, bu, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfəsini verir.

Pakistanda baş vermiş təbii fəlakətlər zamanı ölkəsinə Azərbaycanın dəstəyini yüksək qiymətləndirən qonaq bunun dostluq əlaqələrimizin bariz nümunəsi kimi qiymətləndirmişdir.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında