Levon TER-PETROSYAN: “Serj Sarkisyan prezident seçilməyib, Raffi Ovannisyan qalib gəlib”

 

 

“Fevralın 18-də Serj Sarkisyan prezident seçilməyib, Raffi Ovannisyan qalib gəlib”. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan lideri olduğu Erməni Ümummilli Hərəkatının İrəvanda keçirilən növbədənkənar qurultayında demişdir.

L.Ter-Petrosyan xalqın ayağa qalxdığını bildirmişdir: “Nəticələr birmənalıdır - Serj Sarkisyan seçilməyib, səslər onun xeyrinə saxtalaşdırılıb. Raffi Ovannisyan qalib gəlib, bu, mənim şübhə duymadığım reallıqdır. Ötən beş il müddətində Sarkisyan qeyri-legitim prezident olub. Əgər bu xalq üsyanı öz məqsədinə çatmasa, Sarkisyan daha beş il qanunsuz prezident olacaq”.

Sabiq prezident hazırda xalq etirazlarına rəhbərlik edənlərdən konkret fəaliyyət görmədiyini də söyləmişdir: “Biz prosesi izləməliyik. Görsək ki, hər şey düzgün istiqamətdə gedir, biz lazımi məqamda etirazlara qoşulmalıyıq. Fikir verdinizsə, mitinqə qatılanların əksəriyyəti bizim mitinqlərdə iştirak edənlərdir”.

L.Ter-Petrosyan xarici dünyanın seçki saxtakarlığına qarşı çıxmadığını ciddi tənqid etmişdir: “Əksinə, məndə belə təəssürat yaranıb ki, Qərb Serj Sarkisyan hakimiyyətinə legitimlik verir. Hər dəfə bu qanunsuz rejimi qorumaqla bizim xalqı məhv edirlər. Mənim üçün aydındır ki, onlar prezident vəzifəsində Serj Sarkisyana üstünlük verir və bunu gizlətmirlər”.

Qeyd edək ki, Erməni Ümummilli Hərəkatının qurultayında partiyanın “Erməni Milli Konqresi Partiyası” adlandırılması qərara alınmışdır. Xatırladaq ki, Erməni Milli Konqresində L. Ter-Petrosyanın rəhbərliyi ilə bir neçə müxalif partiya toplaşmışdır. Bundan sonra konqres vahid partiya şəklində fəaliyyət göstərəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında