Əkrəm Naibov insanlıq adına ləkədir

 

“Daş yuxular”ı ürək ağrısı ilə oxudum. Azərbaycanlı olan şəxsdə öz millətinə bu qədər nifrət hardandır, görəsən? Bu əsəri oxuyandan sonra qəti inandım ki, Əkrəm azərbaycanlı deyil. Onun qanı elə erməni qanıdır. Əkrəmin əvvələr də belə sapmaları olub. Bu qərəzli adam öz donunu dəyişməyi bacarırmış. Azərbaycanın bugünkü inkişafı onu daxilən sarsıdır, rahatlığını pozurmuş.

Mən belə azərbaycanlı tanımıram. Öz millətinə bu cür həqarətlər yaxan, aşağlıyan bir yazıçının bu torpağın üstündə gəzməyə, bu xalqın çörəyini yeməyə haqqı yoxdur. Sağ olsun Prezidentimizi onu “xalq yazıçısı” adından və Prezidentin fərdi təqaüdündən  məhrum etdi. Düşünürəm ki, onun orden və medalları da əlindən alınmalıdır. Əkrəm Naibov xəyanətkardır. O,  xalqına   xəyanət edib. Vətən uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ruhuna xəyanət edib. Kim olsaydı, belə bir alçaqcasına edilmiş hərəkətdən sonra özünə qəsd edərdi. Amma hanı Əkrəmdə elə bir qeyrət? Bir də ki, dəfələrlə mətbu orqanlara müsahibə verən Əkrəm Naibov bütün elədiklərinə görə   xəcalət çəkmək əvəzinə, özünə haqq qazandırmaqla millətin əsəbini pozmaqda davam edir.

Ümumiyyətlə, bədii ədəbiyyatımızda xalqlar dostluğu mövzusu çox işlənən mövzulardandır. Onlarla əsər adı çəkmək olar ki, bizim xalqın tolerantlığı orada həqiqətin dili ilə, real şəkildə əks etdirilib. Əkrəm isə 1905-ci ildən başlayaraq bu günə kimi xalqımızın başına min cür müsibətlər açan erməniləri müdafiə etməklə özünün əsl simasını göstərmiş oldu. Yaxşı ki, onun iç üzü belə tez açıldı. Atalar məsəli var: “Ziyanın yarısından qayıtmaq da xeyirdir”. Əkrəm Naibov kimi erməni xislətini içində gizlədən bir insanı nə qədər gec də olsa tanımağın özü də xalqımızın xeyrinə oldu. Çünki bu cür əsər yazan insan gələcəkdə bundan da pis iş tutaraq millətinin adına hər cür xələl gətirməyə qadirdir.

“Daş yuxular” bu xalqın yaddaşında əbədi olaraq daşlaşacaq. Xalq özünə qarşı həqarətlərlə dolu olan və bütünlüklə yalan üzərində qurulmuş bu əsərə görə müəllifi hər zaman lənətləyəcək.

Hərdən ağlımdan belə bir fikir keçir ki, görəsən Əkrəm Naibov ömründə bir dəfə də olsun Şəhidlər Xiyabanında olubmu? Burada uyuyan qəhrəman oğul və qızlarımızın ağrı-acısı ilə bircə anlıq olsun yaşayıbmı? Əgər gedibsə də, başqa məqsədlə gedib. Gedib ki, ruhu sakitləşsin. Axı o, xalqının faciəsindən həzz alan bədbəxtdir.

Əkrəm Naibov öz doğma kəndi Əylisə xəyanət etdi. Artıq həmkəndliləri də onu bağışlamayacaqlar. O torpaq bundan sonra çətin ki, onu qəbul etsin. Onun Vətəni yoxdur, milləti yoxdur, xalqı yoxdur. Ermənilər də ondan alət kimi istifadə edirlər. Bəlkə də, bundan sonra o, heç ermənilərə də lazım deyil. Çünki, ermənilər lazım olan hər şeyi ondan alıblar. İndi düşmənlərimiz artıq bu əsəri əllərində bayraq ediblər. Bütün dünyaya səs salıblar ki, nəhayət, həqiqəti deyən tapıldı.

Əkrəm Naibov sən bunları bilmirdinmi? Bilmirdin ki, sən kimə qulluq edirsən? İndi də deyirsən ki, mən yazıçıyam, mən xalqları müharibəyə, qirğına çağıra bilmərəm. Bəs görmədin ki, Xocalıda sənin millətin tanklar altına salınıb əzildi. Gəlinlərimizin, qızlarımızın taptanan namusu sənin üçün heç nə idimi?

Yox, sənə düşmən, satqın adından başqa heç nə yaraşmır. Bilmirəm sənin gələcək taleyin necə olacaq. Bəlkə də özünü atacaqsan düşmən qucağına. Amma dəqiq bilirəm ki, Qarabağda əliyalın və silahsız dinc əhalinin, Xocalıda şəhid olan körpələrin, 20 Yanvarda qəddarcasına məhv edilmiş gənclərin ruhu heç vaxt səni rahat buraxmayacaq. Heç zaman sənə rahatlıq verməyəcək.

İnanıram ki, səni bu torpaq qəbul etməyəcək. Vətənin hesab etdiyin Ermənistanda hansısa bir zibillikdə dəfn edərlər, baş daşı yerində “Daş yuxular”ı qoyarlar. Sən ancaq orada rahatlıq taparsan.

Bu millət nə qədər səbirli millətdir ki, sən hələ də bu torpaqda yaşayırsan. Səni daş-qalaq etmədilər. Amma sən bunun da mahiyyətini duya bilmədin. Nə əsərindən imtina etdin, nə də bir addım geri çəkildin. Bununla öyünmə, dərk et ki, yazdığın bu əsərlə xalqın üz qarasına çevrildin. Nifrət qazandın. Bütün bunlara görə də Azərbaycan xalqı səni əbədi olaraq yaddaşından siləcək. Unutma ki, əsl yazıçı, şair üçün xalq tərəfindən unudulmaq ölümdən də betərdir.

Nüşabə AĞAYEVA,
hüquqşünas


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında