İdeyaların transformasiyası: geosiyasi konsepsiyalarda realizm və idealizm problemi

Kontinental birlik, elitaların ideya transformasiyası, etno-müxtəlifliyin harmoniyası və geosiyasi konsepsiyalarda  xüsusi ilə ilahi konsepsiyalarda disharmoniyadan praqmatik harmoniyaya keçidin təşkili prosesi  geniş planda idealizmlə realizmin transformsiya problemlərini gündəmə gətirməkdədir. Prosesin, yəni ideyaların qarşılıqlı transformsiyası  məntiqlə ona gətirib çıxarmalıdır ki, 21- ci əsrdə  qlobal elitanın xarakteri qarşılıqlı inam əsasında formalaşdırılsın. İndi hər iki elementin, realizm və idealizmin kombinasiyalı transformasiyası konservatist  nəzəriyyələri aktualaşdırmışdır. Hazırda dünyada intelektual elitalar, mühafizəkar elitaların sübyektlərini hissə- hissə parçalayaraq 21- ci əsrdə vahid qlobal elitanı eyni dəyərlərin hər yerdə eyni həyacanla paylaşıldığı - unikal sistemi  təşkil etmək imkanaları qazanmışdır. Beləliklə, ideoloji elitalar hissələrə bölünmüş və daxili orbitinə demokratik ideyaları əlavə edə bilmişdir. Hazırda  prosesi müxtəlif proqramlarla təşkil edən intelektual mərkəzlər, başqa adla konservatizm tərafdarları yeni dünya evi konsepsiyasını üzərində işləyir. Aparıcı geosiyasi aktorlar, dövlətlər və bu dövlətlərin beyin mərkəzləri  konservatizmi konsepsiyalaşdırmaqla ideyaların transformasiyasını təşkil etmək əzmindədir.

  Bu fakt özlüyündə  fövqaladə önəmli bir prosesin, məsələn, geosiyasi konsepsiyalrda fundamental demokratiyanın və yaxud qlobal təhlükəsizlik məsələlərində vahid elitanın yaradılmasını sürətləndirə bilər. Bütün bu nəzəri konsepsiyalar həm də onu izah edir ki müasir geosiyasət elmində  prinsipal konservatizm və özü - yeriyən, geosiyasi konsepsiyalar beynəlxalq sistemdə realizə edilir. Nəhayət bununla da qlobal elita dünyadakı mövcud münaqişələrin həlli üçün lokal imkanalar əldə etmişdir.

Hələlik bütün bunlar prosesiya deyil, görünən tendensiyadır.

Konservatizmin əsasları və ABŞ ın xarici siyasətində yeni meyillər

 Bütün hallarada konservtizmin əsasında ideyların, xüsusilə realizm və idealizmin harmoniyası dayanır.  ABŞ-ın xarici siyasət strategiyası praqamatik konsepsiyalarla təşkil edilmişdir. ABŞ strateqləri, xüsusilə, konservatizm tərafdarları neokonservatist konsepsiyaları tarixdə ilk dəfə ciddi şəkildə tənqid edərək, idealizmin realizmlə xarici siyasət sektorunda əlaqəsinin vacibliyinə işarə etmişdir.   Bütün hallarda praqmatik konsepsiyalarla geosiyasi mərkəzlərə nəzarət etmək və strateji alyansların bir-biri ilə qarşı-durmasında və ya yeni münaqişə ocaqları ətrafında təhlükəli davranışlara nəzarət etmək məsələlərində  praqmatizm  nə qədər effektiv ola bilər. Fikirimizcə, bu sual ətrafında mülahizələri dərinləşdirmək lazımdır. Sirr deyil ki, hazırda ABŞ-ın xarici siyasətinndə baş verən istənilən tektonik dəyişiklik qlobal elitanın siyasi xarakterinə aftomatik təsir edir. Ancaq bütün bunları təhlil etməzdən öncə ilk olaraq geosiyasi mərkəzlərin həyacanlı davranışlarını təhlil edək. Biz bu zaman böyük ehtimalla müəyyən edəcəyik ki, bu fantasmaqorik təhlilər bəzən reallıgı oldugu kimi izah edə bilmir.

Henri Kissincerin və onun geosiyasət elmində ekvivalenti olan  Zibiqnev Bjeziniskinin ABŞ-ın xarici siyasət strategiyası ilə baglı  ortaya qoydugu onlarla geosiyasi nəzəriyyələr  indiki mərhələdə yeni dünya sisteminin gələcək modelini  müəyyən ştirixlərlə izah etmişdir.

Digər tərəfdən, hazırda Avrasiyada konfiliktləri stimulaşdıran və  həm də nəzarətdə saxlyan Rusiya, ehtiyatlı şəkildə ABŞ- ı qıcıqlandıran monoetnik dövlət Çin, orta səviyyəli geosiyasi mərkəz statuslu digər Avrasiya dövlətləri  Almaniya, Türkiyə, Fransa, Biritaniya və hətta İran da daxil olmaqla, mövcud geosiyasi mərkəzlərin elitaları, xarici siyasət stategiyasında konservatizmi qeyri-müəyyənliklərlə dəstəkləməyə həvəslidir. Bu isə o deməkdir ki, qarşılıqlı inamın zəifliyi şəraitində belə  milli dövlətlər ki, bu dövlətlər həm də qeyd edildiyi kimi, aktiv geosiyasi mərkəzlərdir, xarici siyasət kursunda və ümumiyyətlə, geosiyasi konsepsiyalarında praqamatik təfəkürü önə çəkmişdir.

  Şübhəsiz, bütün bu prosesləri fokuslaşdıran ABŞ-ın xarici siyasət strategiyasıdır. Bu,  ABŞ xarici siyasət strtegiyasının unikalıgını, obrazlı desək, fanatastik dərəcədə moderinliyini izah edir. Görəsən bu prosesi planetin müxtəlif hissələrində eyniliklə təşkil etmək mümkün olacaqmı? Bu suallara bir-mənalı cavab vermək çətindir. Bunun üçün Avrasiyada mövcud olan geosiyasi mərkəzlərin davranışları və imkanları təhlil edilməlidir.

İndiki mərhələdə Türkiyənin Yaxın Şərq regonuna təsir imkanaları tarixi prosesə  zamanın məntiqi ilə baxmaq məcburiyyətini hiss etdirmişdir. Rusiyanın dirçəlməsi prosesi  yalnız Avropanın iqtisadi və siyasi sisteminin gələcək taleyi ilə bir-başa bağlıdır və milli iqtisadi birliyin, siyasi sistemin  davamlı milli AVROPA konteksində idenitifikasiyasının konsepsiyalaşdırması ilə Avropa bundan sonrakı prosesləri mənfi və ya müsbət istiqamətdə mərkəzləşdirə bilər.

Ümumiyyətlə, hətta belə düşünülür ki, Avropanın gələcək siyasi taleyi Türküyənin Avrasiyadakı maraqlarının geosiyasi kontekstdə formasiyasina imkan yaratmalıdır. Türkiyə geosiyasi mənzərədə həddindən artıq böyük görsənir. Ancaq bu böyüklük, eyni zamanda, onun ideoloji strukturunun bundan sonra dövürdə hansı əsaslarla təşkil olunacagına baglıdır. Əgər Türküyə islam həmrəyliyi ilə milli kimliyi umümi geosiyasi proseslərdə bir- birinə dayaq kimi təşkil edə biləcəksə, bu onun imkanalarını sürətlə genişləndirə bilər. Eyni zamanda, Türküyə də Rusiya qədər daxili faktorlarına görə risklərlə əhatələnmiş dövlətdir. Bütün hallarda Türküyə agıllı geosiyasi nəzəriyyələrlə, praqmatik siyasətlə nəyəsə ümid edə bilər.

Əslində, bu amil həm də Rusiyaya aiddir. Kimsə inkar etmir ki, Rusiyanı təhdid edən müsəlman sübyekti Türküyəni təhdid edən kürd sübyektindən daha böyük təhlükə mənbəyidir. Bu zaman agıla o gəlir ki, deməli Avrasiyada Türkuyə daha geniş geosiyasi imkanalara malikdir. Məsələ burasındadir ki, Nato və Avropa strukturları ilə əməkdaşlıq edən, onlarla eyni xarici siyasəti bir cox hallrada bölüsən Turkiyə bu prosesi hansı geosiyasi mərhələyə qədər özündə daşıyacaq.

 Biz Rusiya haqqında da bu fikirləri səsləndirə bilərik. Məsələn,  Rusiyanin Avropaya tam-huquqlu üzv olmasını şərtləndirən amil və yaxud amillər nələr ola biılər? Bunun üçün hansı geosiyasi şərait mövcud olmalıdır və s. Hazırda Türkiyədə, həm də Rusiyada realist ideoloqlar, praqmatizmin tərəfdarları konservatzmi güclü səkildə dəstəkləməkdədir. Xiristian Rusiya ilə İslam Türkiyənin geosiyasi mübarizəsi isə dini konteksdə deyil, milli xüsusiyyətlərin və geostrateji maraqların disharmoniyasi ilə əlaqədardır. Biz Avropa ilə İran fenomeninə də bu kontekstdən yanasmalıyıq. Yəni Avropa ilə İran arasında olan geostrateji mübarizəni geosiyasi imkanalar uğurunda mübarizə kimi dəyərləndirməliyik. Hazırda İran dinc dayanmır və məhdud imkanaları ilə belə geniş cografi ərazini özünün militarist ənənələri ilə təhdid edir. Əgər İranın gücü mövcud imkanalarından bir neçə dəfə böyük olsa idi, şübhəsiz  indi o, Yaxışn Şərqdə söz sahibi ola bilərdi. Digər tərəfdən, biz güclü Turkiyyənin imkanalarını, İranın geosiyasi təzyiqləri şantaj edən və ona bu istiqamətdə gizli dəstək verən -hazırda bu niyyətlər mövcuddur-  Avropanın strateji xarakterini də  üfüqdə görə bilərik. Avropa üçün bu strateji seçim qaçılmazdır. Dogrudur, hazırda Avropa ilə İran qarsı- qarsıiya dayanmış vəziyyətdədir və bu daha cox geosiyasi vəziyyətin mürrəkəbliyi ilə bir-basa bağlıdır. Lakin tamamilə sönmuş Rusiya və paracalanmış İranı bir anlıq təsəvür etsək, o zaman geosiyasi mənzərədə Türküyənin imper xarakteri böyük bir regionu təsirləndirəcək. Bu həm-də o, deməkdir ki, Türkiyyənin  imper satatusunu Avropa aftomatik qəbul etmək məcburiyyətində qalacaq. Deməli Avropa bütövlükdə geosiyasi mənzərəyə uzaq prespektivdə bu kontekstdən baxacaq. Əgər strategi təhlillər bu cür təsəvvürləri indeksləşdirirsə yuxarıda qeyd etdiyimiz idealizm və realizmin də bundan sonrakı mərhələlərdə xüsusi statusu olacaq. Yəni bu iki fenomenin ölkələrin xarici siyasətində geosiyasi mərkəzlərin davamlı qarışılıqlı münasibətlərini təşkil edəcək.

 Məsələn, biz Avrasiyada Çinin iqtisadi imkanlarını olduqca güclü görürük. Anacaq bu iqtisadi sistem modern sistemə xarakterik olmadığından potensial marjinal iqtisadi sistemə xarakterikdir. Bu da insanların demokratiya təsəvvürləri formalaşmadığındandır ki, Çin hələik sakitliyə qərq olmuşdur. Ölkənin siyasi xüsusiyyəti, onun ideoloji sistemi və s. elementlərə münasibəti bu dövlətin  bir anda darmadağın ola biləcəyi ehtimalını da gündəmə gətirir. Xüsusiilə, ABŞ strateqləri öz proqnozlarında Çinin mədəni üstünlüyünün cəzb-edici olmadıgını səmiyyətlə qeyd edirlər.

 Çinin xarici siyasət strategiyası cox-vektorlu olsa da o, xaraktercə kövrək siyasi sistemə və qlobal elitada axırıncı yerə layiqdir. Yəni Çin təhlükəli deyil. Bununla parallel Çində realizmlə idealizmin kombinasiyasına inanan konservatizm tərəfdarları, praqmatik demokratalar  siyasi elitanin böyük bir hissəsini təşkil etməkdədir. Xüsusilə, Çində demokratiyanı nə zamansa bərqərar edə biləcək və böyük siyasi enerjiyə malik olan elitanın müəyyən hissəsi real siyasətə təsir edə bilsə, böyük ehtimalla bu ölkədə demokratik ideyalarla tanışlıq ağrısız kecməyəcək. Deməli, Çin üçün əla inqilab və daxili anarxiya  deserti hazırlamaq mümkündür. Biz yuxarıda qlobal elitanın xarakterini müəyyən məqamlarla izah etmişdik. Əgər tarixi proseslər burada izah olunduğu kimi davam edəcəksə, biz onda Çinin də dəyisməsinin şahidi ola bilərik. Bütün hallarada mədəni üstünlüyü müasir dünyada demokreatiya təşkil edir. Həqiqətən, həm Fransanı, həm də Almaniyanı hazırda planetin ən unikal və demokratiyaya dözümlü, sistematik qanunlara tabe olan dövlətlər kimi xarakterizə etsək, bu demokratiyaya səmimi salam olardı.

 Bildiyimiz kimi, Franasa Türkiyədən, həm də Almaniyadan, hətta geniş planda Avropadan, demokratiyaya münasibət məsələsində fərqli və bir az da praqmatik yanaşsaq, ideal üstünlüklərə malikdir. Bu ölkənin daxili xüsusiyyətləri ilə demokratiya harmoniya təşkil edir. Almaniyada isə demokratiya xüsusiyyətlərlə  disharmoniyanı izah edən sübyekdir. Yəni demokratiya Alman milli ideologiyasi və genetik kodları ilə tamamilə barışmır.

  Franasa demokratiyaya münasibətdə daha çox ideal mövqedədir. Digər tərəfdən, elə məhz həmin Faransa geosiyasi konsepsiyalarına görə militaristdir və xarici siyasət strategiyasında keçmişin ənənələrini daşıyır. Fransa  Türkiyənin daxili problemlərini davamlı siyasi təziq vasitəsinə çevirməklə demokratiyanı geosiyasi konsepsiyasına daxil etmişdir. Avropa və daha çox Fransa Türkiyyədən demokratiyaya lokal münasibət tələb etməklə bu ölkəyə və Avrasiyanın Şərq hissəsində mövcud olan müsəlman, əsasəndə Türk sübyektlərinə imper xarakterlə yanaşır. Burada da biz realizmlə idealizmin qarşı-durmasını açıq- aşkar müşahidə edə bilərik. Ancaq onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdə və geniş planda Asiyada Faransanı məyus edə biləcək güclü dövlətlər mövcudur. Faransa, sadəcə, xəyali konsepsiyalarla realığı dəyişə bilməyəcəkdir. Əgər bu təhlilər doğrudursa, biz qlobal elitada intelektual fraksiyaların üstünlüyü zamanı demokratiyanın yayılma arealında səfaflığı gözləyə bilərik. Bu zaman yumşaq geosiyasi nəzəriyyələri ümumi platformada təşkil etmək mümkündür. Həqiqətən, etiraf etmək lazımdır ki, bəzən demokratiya konkret ölkələr tərəfindən təyziq vasitəsinə çevirilir. Bununla da mədəni müxtəlifliklərin əsası qoyulur.

Geosiyasi nəzəriyyələrdə iqtisadi və siyasi maraqların üstünlüyünü müşahidə edilir. Deməli, intelektual yanaşmalar və milli xüsusiyyətlərin harmoniyasindan təşkil olunmuş yumşaq geosiyasi nəzəriyyələr, yuxarıda qeyd olunan geosiyasi mərkəzləri əmakdaşlığa təhrik edə bilər. Hazırda ideyaların taransformasiyasını biz demokratiya ilə təşkil edə bilərik “deyənlərlə”  və buna qarşı çıxanlar arasında  fərq yalnız ondadır ki, milli kimlik və buna meyililk hisləri müxtəlifdir.

Xüsusilə, daxili siyasəti təhlil edərkən biz bütün Avrasiya dövlətlərinin, Hindistanın Avropa dövlətlərinin mütləq əksəriyyətinin Yaxın Şərq dövlətlərinin, Çinin,  Rusiyanın, hətta Uzaq Şərqi İdenoziyanın  siyasi sistemində oxşar tarixi inzibati svilizasiyalarının cizgilərini görürük. Doğrudur, bu oxşarlıqlarla bərabər, tamamilə fərqli elementlər də mövcuddur. Ancaq Avrasiyada hegomon olan xalqların  indiki mərhələdə tarixi keçmişi onlara mədəni üstünlük hissi verir. Davamlı imperiya ənənələrini yaradan qitə sakinləri siyasət və ideologiyanın bütün elementlərini mənimsəmişdir. Onun üçündür ki, klassik geosiyasi nəzəriyylərdə belə bir düstur mövcuddur ki, Avrasiyada ya harmoniya, ya da disharmoniya qalib gələcək.

Məsələn, Amerkanın daxili siyasi sistemini təhlil edən Avarasiyalı analitiklər özlərinə məxsus formada, təxminən, belə bir mülahizə irəli sürürlər ki, məhz Amerikanı təhdid edən geoideoloji elementlər, sübyektlər mövcud olmadığından bu ölkə daxili ideoloji və siyasi sistemini praqmatik əsaslarla təşkil edə bilmişdir. Əslində, bu kimi analizləri ilk baxışdan qəbul etmək mümkündür ancaq bütövlükdə bu yanaşmanı inkar etmək üçündə şübhəsz ciddi tarixi faktlar var. Əgər Amerikanın siyasi sisteminin təşkili prosesində incəlikləri izləsək, xüsusilə, 1800- ci ilə qədər ki dövrü və bu illərdə Tomas Jeffersonun rəhbərliyi altında qurulmuş Demokrat partiyasının keçdiyi siyasi yolu təhlil etsək görərik ki, bu dövürlərdə Amerika cəmiyyəti siyasi iradə nümayiş etdirməsə idi böyük ehtimalla  Amerika siyasi sistemində mütləq monarxiya qalib gəlməli idi.

 Göründüyü kimi, bu mülahizələri inkar etmək üçün tarixi faktlar mövcuddur. Hazırda qlobal siyasi sistemin müxtəlif hissələrində, demokratiya fenomeninə münasibət sürətlə dəyişir və demokratiya müxtəlif coğrafi areallara yaılmaqdadır. Avrasiyada, hətta dünyanın müxtəlif hissələrində geosiyasi mərkəzlər iki fenomen ətrafında mərkəzləşir. Bu elementlərin biri digərinin ekvivalentidir. Bu fenomen 21- ci əsrin xarakterini, milli dövlətlərin ideoloji sistemini və paralel olaraq imper dövlətlərin geosiyasi konsepsiyalarını güclü əsaslarla təsirləndirmək imknına malik olan demokratiya və praqmatik konservatizmdir. Yəni bütün hallarda mədəni üstünlük hissi qlobal elitanın xarakterinə transformasiya olunur.

 

Zamin Axundov

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında