Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyəti

2018-ci il üçün Sumqayıt şəhərində həyət süpürgələrinin, digər ləvazimatların, xüsusi təyinatlı maşın-mexanizmlərin ehtiyat hissələrinin və  məişət tullantıları konteynerlərinin satınalınması məqsədilə

 

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 3 lot üzrə keçiriləcəkdır.

Lot-1. Həyət süpürgələrinin və digər ləvazimatların satınalınması.

Lot-2. Xüsusi təyinatlı maşın-mexanizmlərin ehtiyat hissələrinin satınalınması.

Lot-3. Məişət tullantıları konteynerlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən hər 3 lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlanlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici   şəxs: Gülcahan Behbudova.

Tel: 050 626-76-85.

Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, 2.

Maraqlananlar əsas şərtlər toplusunu aşağdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı lot-1 üçün 50 manat, lot-2 üçün 130 manat və lot-3 üçün 20 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat: Sumqayıt şəhər İH  “STD”MMC

“KapitalBank”ın 1 saylı Sumqayıt filialı.

Kod: 200253

VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

Hh:  AZ84İİB33010019442501763125

VÖEN:  2900258081

SWIFT  BİK  - AİİBAZ 2 X

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə  iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksı, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);

- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

İddiaçılar tender sənədlərinin nümunə formasını yuxarıda göstərilmiş ünvandan ala bilərlər və iddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 20 aprel 2018-ci il tarixə qədər təqdim etməlidirlər.

İddiaçılar lotlar üzrə tender təklifini 30 aprel 2018-ci il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri hər 3 lot üzrə 1 may 2018-ci il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi,
2 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında