Balakən Rayon İcra Hakimiyyəti şəhər yollarının əsaslı təmiri ilə bağlı

A Ç I Q  T E N D E R  E L A N  E D İ R

 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Balakən Rayon İcra Hakimiyyətindən ala bilərlər.

İştirak haqqı 150 manatdır.

Əlaqələndirici şəxs: Məmməd Məmmədov, tel: 024 29 - 5-12-15.

Bank: “Kapital bank”ın Balakən rayon filialı

Kod: 200695

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

AIIBAZ 2X

Balakən YXO

H/h: AZ83AIIB32051019446900201169

VÖEN: 3800063541

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son 1 ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- son 1 il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları və digər sənədlər.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatını istisna olmaqla) 1 may 2018-ci il saat 18.00-dək, tender təklifi və bank təminatı isə möhürlənmiş ikiqat zərfdə 10 may 2018-ci il saat 18.00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri  11 may 2018-ci il saat 12.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında