Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti

2018-ci ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması məqsədilə

 

A Ç I Q     T E N D E R    E L A N    E D İ R

 

Tender 4 (dörd) lot üzrə keçirilir.

Lot-1.İri və xırda buynuzlu heyvanların dabaq xəstəliyinin qarşısını almaq üçün peyvənd vasitəsinin satınalınması.

Lot-2. Heyvanlar və quşlar arasında epizootik tədbirlərin aparılması məqsədilə bioloji preparatların satınalınması.

Lot-3. Laboratoriya diaqnostikumlarının, reaktivlərin və ləvazimatların satınalınması.

Lot-4. Müalicə-profilaktika, dezinseksiya, dezinfeksiya preparatlarının və baytarlıq ləvazimatlarının satınalınması.

Təklif zərflərinin açılışı 1 may 2018-ci il saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, 3123-cü məhəllə). Bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş – malgöndərən (podratçı) tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təchizat bazasına 2018-ci il dekabrın 1-nə kimi təhvil verilməlidir.

Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin hesabına lot-1 üçün 2800 manat, lot-2 üçün 1700 manat, lot-3 üçün 250 manat və lot-4 üçün 500 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqənləndiricisi Mustafa Allahverənovdan ala bilərlər.

Telefon: (+99412) 562-97-72

Faks: (+99412) 562-66-06

Dövlət Xəzinədarlığı Agentliyi, 7-ci fond

Kod: 210005,

VÖEN 1401555071,

M/H AZ41NABZ01360100000000003944,

S.W.I.F.T BİK CTREAZ22

Vəsaiti alan: Dövlət Baytarlıq Nəzarəti Xidməti

İBAN: AZ 27CTRE 00000000000002577701

VÖEN 1500504901

Büdcə səviyyəsi kodu – 7

Büdcə təminatı kodu: 142340

Tenderdə iştirak haqqı geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, 3123-cü məhəllə, Dövlət Baytarlıq Nəzarəti Xidməti

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.

Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 30 aprel 2018-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 1 may 2018-ci il saat 16.00-dək açılmamalıdır sözləri qeyd olunmalıdır. Malgöndərənin (podratçının) tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim edilməlidir. Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.

İştirakçılar aşağıdakı sənədləri 19 aprel 2018-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim edilərsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Telefonlar : (+99412) 562-97-72

Faks: (+99412) 562-66-06

www.tender.gov.az

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında