Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qalib qrant layihələri üzrə istifadə üçün elmi cihaz, avadanlıq, məmulatların və reagentlərin satınalınması məqsədilə

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 8 lot üzrə keçirilir.

Lot -1. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihazın satınalınması.

Lot -2. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulat və reagentlərin satınalınması.

Lot -3. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihazın satınalınması.

Lot -4. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulatların və reagentlərin satınalınması.

Lot -5. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz və avadanlıqların satınalınması.

Lot -6. Qalib qrant layihəsi üzrə istifadə üçün reagentlərin satınalınması.

Lot -7. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulatların və reagentlərin satınalınması.

Lot - 8. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz və avadanlıqların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə
öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat
bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə (tender komissiyası, telefon - 489-08-94 səlahiyyətli şəxs Ədilə Babayevadan) ala bilərlər.

İştirak haqqı 1-ci lot üçün - 30 manat, 2-ci lot üçün - 15 manat, 3-cü lot üçün - 60 manat, 4- cü lot üçün - 15 manat, 5-ci lot üçün - 35 manat, 6-cı lot üçün - 10 manat, 7-ci lot üçün - 35 manat və 8-ci lot üçün isə - 75 manatdır.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

VÖEN: 1701102761

Dövlət Xəzinədarlığı Agentliyi

Bankın VÖEN-i: 1401555071

H/h: AZ29CTRE00000000000005428301

m/h: AZ41NABZ01360100000000003944

Bankın kodu: 210005

S.W.I.F.T. CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) (iştirak ediləcək satınalma predmeti dəqiq göstərilməklə);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, iddiaçının tam rəsmi adı və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq dövlət orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının işləri yerinə yetirmək üçün təcrübəsi və potensial imkanları, tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat;

- malların mənşə və keyfiyyət sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və təsdiq olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 13 aprel 2018-ci il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 20 aprel 2018-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 23 aprel 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında