Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti

2018-ci ildə xarici ölkələrin yükdaşıyıcıları üçün “İcazə” blankları, NNAK kitabçaları, “kvota” icazələri və  sadələşdirilmiş  vergi ödəyiciləri (daşıyıcılar) üçün “Fərqlənmə nişanları”, “Xüsusi fərqlənmə nişanlarının” və  sair çap işlərinin satınalınması məqsədilə

 

 A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

 Tenderdə iştirak etmək üçün müraciət edən şirkətlərə dair tələblər:

• satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;

• maliyyə durumu qənaətbəxş olmalı;

• satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı;

• texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

• vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi 5 nömrəli ünvanda tender komissiyasından) ala bilərlər.

İştirak haqqı  200 (iki yüz) manatdır.

Hesab: AZ 17 CTRE 00000000000002777701 (003444)

 VÖEN: 1501956531

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

 Kod: 210005

 VÖEN: 1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

 S.W.İ.F.T: CTREAZ22

 Büdcə səviyyəsinin kodu: 7

 Büdcə təsnifat kodu: 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iddiaçı kimi iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak haqqında müraciət;

- iddiaçının tam  adı, hüquqi  statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 3 faizi həcmində bank təminatı;

- Azərbaycan Respublikasında vergilərə (Azərbaycan Respublikası Vergilər Nazirliyi) və digər icbari ödənişlərə (Dövlət Sosial Müdafiə Fondu) dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

 - iddiaçının hazırda məhkəmə proseslərində iştirak edib-etməməsi haqqında məlumat;

- iddiaçının son 1 il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) ən geci 12 aprel  2018-ci  il saat 17.00-a qədər təqdim etməlidirlər.

Tender təklifi və tender təklifinin təminatını isə (1 nüsxə əsli, 2 nüsxə surəti olmaqla) müvafiq qaydada möhürlənmiş ikiqat zərflərdə 20 aprel  2018-ci il saat 17.00-a qədər (Bakı şəhəri, Nərimanov  rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5 nömrəli ünvanda yerləşən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (ümumi şöbəyə) təqdim etməlidirlər.

Göstərilən müddətdən sonra daxil olan təkliflər baxılmadan geri qaytarılacaqdır.

Tender təklifinin güvvədə olma müddəti -tender prosedurunun başlandığı gündən etibarən ən azı 30 (otuz) bank günü təşkil etməlidir.

Tender təklifinin təminatı - tender prosedurunun başlandığı gündən etibarən ən azı  60 (altmış) bank günü (tender təklifinin güvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 3 (üç) faizini təşkil etməlidir.

İşin görüldüyü yer:  Azərbaycan Respublikası, Bakı şəhəri.

İşin yerinə yetirilmə müddəti: müqavilə imzalandıqdan sonra 60 təqvim günündən çox olmamaq şərti ilə işin yerinə yetirilməsi nəzərdə tutulmalıdır.

Tender təkliflərinin seçilməsi zamanı  üstünlük verilən meyarlar;

- optimal qiymət;

- yüksək keyfiyyət;

- işin ən qısa müddətdə yerinə yetirilməsi;

- iş təcrübəsi;

- maliyyə vəziyyəti.

Tender prosedurunun tarixi – tender proseduru 23 aprel 2018-ci il saat 11.00-da Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin  iclas zalında (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5) açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq vəkaləti təqdim etməklə tender prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında