A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 2 lot üzrə keçirilir.
Lot -1. Tədris sinifləri üçün müxtəlif təyinatlı plakatlar və lövhələrin satınalınması.
Lot -2. Təbliğat-təşviqat vasitələrinin
satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində malların keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:
İştirak haqqı lot - 1 üçün 100 manat və
lot -2 üçün 50 manatdır.
B1. Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005,
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWIFT BIK CTREAZ22.
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h: AZ44CTRE 00000000000002458570
VÖEN: 1500426471.
D3. Büdcə təsnifatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notarial qaydada 2018-ci ildə təsdiq olunmuş surəti;
- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 1 mart 2018-ci il saat 12.00-dək tələb olunan nümunələrə uyğun lövhələrin şəkillərini Daxili Qoşunların Baş İdarəsinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) təqdim etməlidirlər. Baxışın nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.
Tender iştirakçılarından tələb olunan sənədlər 7 mart 2018-ci il saat 12.00-dək bir nüsxədə, tender təklifi isə 16 mart 2018-ci il saat 12.00-dək qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri qəbul olunmayacaqdır.
Tender zərflərinin açılışı proseduru 19 mart 2018-ci il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi
4 nömrəli ünvanda) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (etibarnamə təqdim etməklə).
Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi 4, telefon: 569-95-10, əlaqələndirici şəxs: E.Əliyev.
Daxili Qoşunların tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.