marağı olan iddiaçıların (podratçıların və ya firmaların) nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2018-ci il tarixli 3593 nömrəli sərəncamına uyğun olaraq “Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası” layihəsi tərkibində Qazax rayonunun Qaymaqlı kəndinin 500 hektar əkin sahəsində su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası üçün
A Ç I Q T E N D E R E L A N E D İ R
Tender iştirakçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının bu sahədə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 8 ay ərzində icra edilməli və mövcud qanunvericiliyə uyğun təhvil verilməlidir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Rəfail Məmmədov, telefon: 431-08-64, faks: 430-79-57, ünvan: Bakı, Moskva prospekti 69a, tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti.
Maraqlananlar Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu 300 manat məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Bank rekvizitləri: Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti.
VÖEN: 1300300711
H/h: AZ 10 IBAZ 380700194497 16100216
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881
SWIFT: IBAZAZ2Х (AZIPS-in üzvü)
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- iddiaçının son üç ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- bank rekvizitləri;
- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları və maşın-mexanizmləri haqqında məlumat;
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 30 bank günüdür;
- tender təklifinin təminatı ümumi təklifin 2 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 mart 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərfdə 15 mart 2018-ci il saat 18.00-а kimi yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 16 mart 2018-ci il saat 16.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbə 514 nömrəli otaqda açılacaqdır.
Təklif zərflərinin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmalarI haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.