Ağsu: Uğurlu investisiya siyasəti hərtərəfli inkişafı təmin edir

– Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Ağsu rayonunda da müasir texnologiyalar əsasında yeni istehsal sahələrinin yaranmasına nail olunub, iqtisadiyyata qoyulan investisiyaların həcmi xeyli artıb. Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub.

Bu fikirləri Ağsu Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında söylədi. Natiq qeyd etdi ki, investisiyaların cəlb edilməsi sahəsində yerli icra hakimiyyətləri qarşısında qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Ağsu rayonuna özəl investisiya qoyuluşlarının həcmi ümumilikdə 30,7 milyon manat olub ki, bunun da 20 milyon manatı sənaye, 6,9 milyon manatı kənd təsərrüfatı, 1,7 milyon manatı ticarət, 2,1 milyon manatı isə digər xidmət sahələrinə qoyulub.

Özəl sərmayə hesabına “Az-Granata” MMC-nin nəzdində dəyəri 20 milyon manat olan yeni şərabsaxlama anbarları kompleksi, süzmə və emal sexi, “Ağsu kənd təsərrüfatı” MMC-nin nəzdində rayonun Qaraqoyunlu kəndində 6 hektar ərazidə dəyəri  1,1 milyon manat, pambıqsaxlama gücü 3600 ton olan qəbul məntəqəsi, “Ağsu Agrotexservis” ASC-nin nəzdində dəyəri 1,5 milyon manat olan istixana kompleksi, Gəgəli kəndində Alış Bağırova məxsus  350 hektar ərazidə dəyəri 1 milyon manat, istehsal gücü 1000 ton taxıl toxumu olan toxumçuluq təsərrüfatı, 2 min tonluq taxıl anbarı, 300 başlıq heyvandarlıq kompleksi, Ərəbsarvan kəndində Müşfiq İsmayılova məxsus 450 hektar ərazidə, dəyəri 800 min manat, illik istehsal gücü 60 ton ət, 600 ton süd, 2 ton yun olan 280 başlıq qaramal, 2000 başlıq qoyunçuluq kompleksi, illik istehsal gücü 1500 ton qarğıdalı, 800 ton buğda olan qarğıdalı və taxılçılıq təsərrüfatı, 200 hektar pilot suvarma sistemi istifadəyə verilib. Həmin ərazidə çuğundur əkininin aparılması nəzərdə tutulur.

Padar kəndi ərazisində “Padar Aqro” MMC tərəfindən ümumi dəyəri 2,7 milyon manat olan heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb, müəssisəyə ilkin olaraq 300 baş keçi və 500 arı ailəsi gətirilib. “Sahil” firması tərəfindən Pirhəsənli kəndi ərazisində istixana kompleksinin, Şəfaqət Veysəlova tərəfindən Nüydü kəndində 112 hektar ərazidə dəyəri 800 min manat olan taxılçılıq təsərrüfatı, 6700 tonluq taxıl anbarının, Səidə Məmmədova tərəfindən Daşdəmirbəyli kəndində 1,6 hektar ərazidə dəyəri 700 min manat olan 6000 tonluq taxıl anbarı kompleksinin inşası işləri davam etdirilir.

Dövlət başçısı daxili bazarı təmin etmək və ixrac üçün yeni badam bağları salınmasının vacibliyini qeyd edərək bildirib ki, ölkəmizdə min hektarlarla badam bağları salınmalı, badam emalı fabriki tikilməlidir. Bu çağırışa uyğun olaraq, yerli sahibkar İlham Həsənov tərəfindən Növcü kəndində 32 hektar ərazidə, dəyəri 700 min manat, illik istehsal gücü 50 ton badam olan, 2 min ağacdan ibarət damcı suvarma sistemi ilə badam bağının salınması işləri aparılır. Qaraqoyunlu kəndində isə fermerlər on hektarlarla badam və Naxçıvan sortlu alça ağacları əkiblər.

Sahibkar Rauf İslamov tərəfindən
Gürcüvan kəndində 2 hektar torpaq sahəsində dəyəri 800 min manat olan kənd təsərrüfatı mallarının saxlanılması üçün soyuducu anbar kompleksinin tikintisi nəzərdə tutulur. Özəl investisiya qoyuluşları sayəsində açılmış müəssisə və təsərrüfatlarda ümumilikdə
400-dən artıq yeni iş yeri yaradılacaq.

Bundan əlavə rayonun daxili maliyyə mənbələri hesabına Ağsu Mədəniyyət sarayının əsaslı təmiri, 100 yerlik uşaq bağçası-körpələr evinin inşası davam etdirilir. Ağsu şəhərində Bayraq kompleksinin, yeni Ticarət Mərkəzinin və Gənclər İnformasiya Mərkəzinin tikintisinə başlanılıb. 

Regional dövlət proqramlarının icra olunduğu müddətdə dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4256 olan 22 yeni məktəb binası inşa olunub. Hesabat ilində rayonun Göydəlləkli kənd ümumi orta və Hacıman kənd ibtidai məktəbləri üçün müasir modul tipli binalar inşa edilib.

Mövcud problemlərin və çətinliklərin vaxtında həll edilməsi nəticəsində müəssisə və təşkilatlar öz fəaliyyətlərində hansısa mənfi təsirlə qarşılaşmayıb. Odur ki, əsas iqtisadi göstəricilərdən sayılan ümumi daxili məhsul buraxılışında geriləmə halları aradan qaldırılıb və əvvəlki illə müqayisədə inkişafa nail olunub. Ümumi məhsul buraxılışı 199,5 milyon manat təşkil edib ki, bu da, 2016-cı ildəkindən 24,6 faiz, 2003-cü il səviyyəsindən isə 8,3 dəfə çoxdur. Ötən il rayon əhalisinin real pul gəlirləri əvvəlki illə müqayisədə 20 faiz artaraq 217,4 milyon manata çatıb. Həmin dövrdə adambaşına düşən gəlirlər 204 manat, yaxud 8 faiz yüksələrək, 2748 manat olub.

Geridə qalan ilin uğurlarından danışan natiq yeni ildə qarşıda duran vəzifələrdən bəhs edərkən dedi ki,  dünyada gedən qlobal maliyyə böhranına və iqtisadi çətinliklərə baxmayaraq, ağsulular bundan sonra da respublikada bütün sahələrdə aparılan sürətli inkişaf tədbirlərindən kənarda qalmayacaq, qarşıya qoyulan vəzifələrin uğurla həll edilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcəklər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında