A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 12 lot üzrə keçiriləcəkdir.
Lot-1. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının inzibati və laboratoriya binalarında təmir işlərinin satınalınması.
Lot-2. Hüquq və insan haqları institutunun inzibati binasında təmir işlərinin satınalınması.
Lot-3. Radiasiya problemləri institutunun akademiya şəhərciyində yerləşən 2 mərtəbəli laboratoriya binasında təmir işlərinin satınalınması.
Lot-4. İdarəetmə sistemləri institutunun inzibati binasında təmir işlərinin satınalınması.
Lot-5. Biofizika institutunun 5 mərtəbəli laboratoriya korpusunda təmir işlərinin satınalınması.
Lot-6. Biofizika institutunun 2 mərtəbəli inzibati binasında təmir işlərinin satınalınması.
Lot-7. AMEA-nın qonaq evinin yerləşdiyi binada təmir işlərinin satınalınması.
Lot-8. “AMEA Yüksək Texnologiyalar Parkı”nın ərazisində yerləşən 3 nömrəli laboratoriya binasında təmir işlərinin satınalınması.
Lot-9. AMEA rəyasət heyətinin inzibati binasında təmir işlərinin satınalınması.
Lot-10. Zoologiya institutunun 6 mərtəbəli laboratoriya korpusunda təmir işlərinin satınalınması.
Lot-11. Zoologiya institutunun
2 mərtəbəli (vivari) köməkçi binasında təmir işlərinin satınalınması.
Lot-12. Fizika institutunun kriogen korpusunda təmir işlərinin satınalınması.
Maraqlananlar hər lot üçün 20 (iyirmi) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsi,
VÖEN:1700007431
9 saylı Xəzinədarlıq İdarəsi,
VÖEN: 1700987121
Bank: DXA
VÖEN: 1401555071
Kod: 210005,
H/h: AZ67CTRE00000000000002728301,
M/h: AZ41NABZ01360100000000003944
SWIFT: CTREAZ22
H/h: AZ28CTRE 00000000000004138316.
Fond 3, Büdcə təsnifatı kodu: 142319.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün açağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank təminatı (zərflər açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 6 mart 2018-ci il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon 012-492-59-76) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 15 mart 2018-ci il saat 17.00-dək Bakı şəhəri, İstiqlaliyyət
küçəsi, 30 nömrəli ünvanda yerləşən
AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissiyanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 16 mart 2018-ci il saat 11.00-da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.