Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 3 lot üzrə keçirilir.

Lot-1. Goranboy Rayon Mərkəzi Xəstəxanası tikintisinin tibbi avadanlıqlarla təchizatı.

 Lot-2. Qazax Rayon Mərkəzi Xəstəxanası tikintisinin tibbi avadanlıqlarla təchizatı.

 Lot-3. Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi və mövcüd xəstəxana binalarının təmirdən sonra tibbi avadanlıqlarla təchizatı .

Tender iştirakçılarına təklif edilir ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə aşağıda göstərilən ünvana təqdim etsinlər.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar lot -1 üçün 800 manat, lot-2 və lot-3 –ün hər biri üçün 600 manat məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1a, tel: 565-12-41) ala bilərlər.

Rekvizitlər:

B1. Benefisiar (alan) bank/ Beneficiary Bank

Adı/Name DXA

Kodu/Code 210005

VÖEN/INT 1401555071

M/ h Corr.Acc. AZ41NABZ 01360100000000003944

S.W.I.F.T./S.W.I.F.T.CTREAZ22

B2. Alan müştəri/ Beneficiary

Adı/Name AR Səhiyyə Nazirliyi

H /h Account № AZ81CTRE 00000000000002128201

VÖEN/INT 1400049171

Fond 7, maddə 142340

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərflərdə 14 mart 2018-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar aşağıdakı sənədləri bağlı zərflərdə 5 mart 2018-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:

-tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşı olduğunu və gələcəkdə davamlı şəkildə mənfəətli olduğunu nümayiş etdirən son üç (3) ili əks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya tender iştirakçısının ölkə qanunu ilə tələb olunmadığı halda sifarişçini qane edəcək digər maliyyə hesabatları. Ən azı tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.

- minimal illik dövriyyə on beş (15) milyon manat olmalıdır. Hesablama son üç (3) il ərzində cari və ya başa catdırılmış müqavilələrə əsasən alınmış və təsdiq edilmiş ümumi ödənişlər əsasında aparılır.

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

- səhiyyə müəssisələrinə avadanlıqların alınması, quraşdırılması və onlara texniki xidmətin göstərilməsi sahəsində minimum 5 illik iş təcrübəsinin olması vacibdir;

- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender təkliflərinin təqdiminin son tarixi 14 mart 2018-ci il saat 17.00-dək.

Təklif zərflərinin açılışı 15 mart ­2018-ci il saat 16.00- da olacaqdır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında