Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tender Elan Edir

Layihənin adı: Avtomobil yollarının yenidən qurulması və bərpası layihəsi.

Maliyyə mənbəyi: Avropa Yenidənqurma və İnkişaf Bankı.

Müqavilənin adı: R-42 Bəhrəmtəpə– - Biləsuvar avtomobil yolunun yenidən qurulması.

Tenderin ilkin seçim mərhələsinə dəvət 18 dekabr 2017-ci il tarixli layihənin
“Satınalmalara dair bildiriş formaları” başlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) internet saytında yerləşdirilən 8910-GPN-43094 nömrəli layihənin ümumi satınalma elanına uyğundur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (sifarişçi) Avropa Yenidənqurma və İnkişaf Bankından (bank) alınan kredit vəsaitinin bir hissəsini R-42 Bəhrəmtəpə- Biləsuvar avtomobil yolunun yenidən qurulması müqaviləsinin ödənişləri üçün istifadə edəcəkdir.

Sifarişçi ilkin mərhələdən keçən iddiaçı firma və konsorsiumları aşağıdakı müqavilə üçün tenderdə iştiraka dəvət etmək niyyətindədir.

• R-42 Bəhrəmtəpə -Biləsuvar avtomobil yolunun yenidən qurulması.

Layihə çərçivəsində R-42 Bəhrəmtəpə- Biləsuvar avtomobil yolunun mövcud 59 km hissəsinin yenidən qurulması nəzərdə tutulur. Avtomobil yolu və işlərə aid məlumat sənədin B bölməsində (müqaviləyə aid məlumat) öz əksini tapır.

• Müqavilədə M-6 dairəvi yoldan başlayaraq Biləsuvar rayonunun qərbindəki yol qovşağında sona çatan Bəhrəmtəpə - Biləsuvar avtomobil yolunun mövcud 59 km hissəsinin yenidən qurulması işləri nəzərdə tutulur.

• Mövcud yol oxunu saxlamaq şərtilə iki zolaqlı bir hərəkət hissəli avtomobil yolunun yenidən qurulması işlərinə yol geyiminin və drenaj qurğularının tikintisi, torpaq işləri, üç körpünün əvəzlənməsi, yol nişanları və avadanlıqların quraşdırılması daxildir.

• Müqavilə üzrə əsas iş həcmlərinə aşağıdakılar daxildir:

-asfalt- beton qatı üçün təqribən 32,000 m3 material ;

-asfalt -beton əlaqələndirici qatı üçün təqribən 51,000 m3 material;

-asfalt- beton yolun əsası üçün təqribən 91,000 m3 material;

-qırma daş əsası üçün təqribən 264,000 m3 material;

-dənəvər tərkibli əsasın alt layı üçün təqribən 203,000 m3 material;

-dənəvər tərkibli hamarlayıcı lay üçün təqribən 184,000 m3 material;

-təqribən 795,000 m3 dənəvər tərkibli tökmə material;

-konstruksiyalar üçün təqribən 9,000 m3 beton;

-ümumi uzunluğu 1,300 metrlik beton borular.

Müqavilənin nəzərdə tutulan başlanma vaxtı tikinti müddəti 24 ay olmaqla 2018-ci ilin sentyabr ayı ərzində nəzərdə tutulur.

Bankın kredit vəsaiti hesabına maliyyələşəcək müqavilələr üçün ilkin seçim və tender mərhələsi istənilən ölkədən olan firma və birgə müəssisələrə açıqdır.

Tətbiq edilən satınalma qaydaları bankın satınalma siyasəti və qaydalarına əsaslanır və aşağıdakı linkdə yerləşdirilmişdir:

http://www.ebrd.com/news/publications/policies/procurement-policies-and-rules.html

Maraqlanan iddiaçılar tenderin ilkin seçim mərhələsi sənədlərini bank hesabına nağd və ya birbaşa depozitlə 500 manat (beş yüz manat) və ya 300 ABŞ dolları (üç yüz ABŞ dolları) məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi ödəməklə əldə edə bilərlər.

Benefisiar: Azərbaycan Avtomobil ­Yolları Dövlət Agentliyi

ID No.: 9900013141

Bank: “Azərbaycan Beynəlxalq Bankı”nın nəqliyyat filialı

SWIFT: IBAZAZ2X

Hh: AZ21IBAZ 38050019449345490205 AZN

AZ11IBAZ 38150018409345490205 USD

Bankın identifikasiya nömrəsi:     9900001881

Ödəniş bank tərəfindən təsdiq edildikdən sonra sənədlər iddiaçı firmanın kuryeri vasitəsilə göndərilə bilər, lakin itkiyə və ya gec çatdırılmağa görə heç bir iddia qəbul edilməyəcəkdir.

Ödənişin bank tərəfindən təsdiqini əks etdirən sənəd təqdim olunmaqla ilkin seçim sənədlərinin elektron versiyası iddiaçı firmaya təmənnasız PDF formatda göndərilə bilər.

Tenderin ilkin seçim sənədləri lazımi qaydada hazırlanmalı və 15 mart 2018-ci il yerli vaxtla saat 17.00-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır. Gec təqdim edilən təkliflər açılmadan geri qaytarılacaqdır.

Maraq göstərən iddiaçı firmalar əlavə məlumat almaq və tenderin ilkin seçim sənədlərini yoxlamaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Sifarişçi: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.

Ceyhun Yusifov, LİQ 4-ün direktoru.

Ünvan: Bakı , Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə, poçt indeksi: AZ1117, tel nömrəsi: (+994-12) 599 79 82.

Elektron poçt ünvanı: [email protected]; [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında