“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti 2018-ci ildə İçərişəhər və Qala Qoruğu ərazilərində yaşıllaşdırma işlərinin satınalınması məqsədilə

A Ç I Q    T E N D E R    E L A N    E D İ R

 

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanu­nuna uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Lot-1. 2018-ci ildə İçərişəhər və Qala Qoruğu ərazilərində yaşıllaşdırma işlərinin satınalınması.

Göstərilən iş və müqavilə imzalandığı gündən 2018-ci il dekabrın 31-dək başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək istəyənlər 150 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli (əlaqələndirici şəxs: Mahir Əhmədovdan, telefon: (012) 492-24-27) ünvandan ala bilərlər.

VÖEN: 1700774621

Hesab: AZ03Aİ­İB33050019443600287106

Bank: “Kapital Bank” ASC-nin 2 saylı Səbail filialı

Kod: 200060

VÖEN (bank): 9900003611

M/h: AZ37NABZ 01350100000000001944

S.W.I.F.T. AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-ol­mamasına dair arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olun­malıdır).

Tender proseduru “Dövlət satınalmala­rı haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 fevral 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26 fevral 2018-ci il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olun­muş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 fevral 2018-ci il saat 11.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanda açılacaqdır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında