2018-ci ildə tələb olunan tibbi blankların satınalınması məqsədilə

A Ç I Q  T E N D E R   E L A N    E D İ R

 

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot – 1. Tibbi blankların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalan­mış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 2018-ci il dekabrın 30-dək nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Ş. Nəsirova, telefon: 012 565 12 69.

Ünvan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, M. Mirqasımov küçəsi, 1A.

Maraqlananlar lot üçün əsas şərtlər toplusu­nu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

İştirak haqqı 200 manatdır.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

VÖEN: 1400049171

ADI: Dövlət Xəzinədarlıq Agentliyi

KOD: 210005

VÖEN: 1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

H/h: AZ 81 CTRE 00000000000002128201

Fond 7 (x/hk 002730)

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün 16 fevral 2018-ci il saat 15.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifinin təminatı (zərflərin açıldı­ğı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnaməninin və lisenzi­yanın surəti;

- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması haqqında arayış.

İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 27 fevral 2018-ci il saat 10.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə M.Mirqasımov küçəsi, 1 A nömrəli ünvanda yerləşən Azərbaycan Respubli­kası Səhiyyə Nazirliyinə təqdim olunmalıdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1A nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində 28 fevral 2018-ci il saat 11.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında