Şəki Şəhər İcra Hakimiyyəti 2018-ci ildə şəhərdə aparılacaq abadlıq işləri,yolların və mənzil fondunun əsaslı təmiri işlərinin aparılmasının satınalınması üçün

A Ç I Q   T E N D E R     E L A N     E D İ R

 

Tender 3 lot üzrə keçirilir.

Lot – 1. Abadlıq işlərinin satınalınması.

Lot – 2. Yolların əsaslı təmirinin satınalın­ması.

Lot – 3.Mənzil fondunun əsaslı təmirinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə pul vəsaitini aşağı­dakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu 2018-ci il fevralın 26-dan tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanır.

Təşkilat: Şəki Y.X.O

Hh: AZ03AIIB32051019447000201170

VÖEN: 3000104011

VÖEN: 3000072051-İcra Hakimiyyəti

Bank: “Kapital Bank”ın Şəki filialı

Kod: 200703

VÖEN: 9900003611

Mh: AZ­37NABZ01350100000000001944

S.W.İ.F.T.BİK-AIIBAZ2x

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

Tender təkliflərinin qiymətləndiril-məsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən sərfəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəsinə, maliyyə və texniki imkanlarına.

İddiaçılar tenderdə iştirak etmək üçün 12 mart 2018-ci il saat 17.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqın­da rəsmi məlumat;

- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 27 mart 2018-ci il saat 17.00-a qədər ikiqat zərflərdə bağlan­mış və möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə təqdim edilməlidir.

Tender təklifi tender proseduru keçi­rildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə bura­xılmır.

İddiaçıların tender zərfləri 28 mart 2018-ci il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci otaq) açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:

Şəki Şəhər İcra Hakimiyyətinin tender komissiyası (Şəki şəhəri, 20 Yanvar küçəsi, 8) əlaqələndirici şəxs: Alxasov Taleh Saleh oğlu, əlaqə telefonu: 02424-4-28-70.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında