Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

TENDER   ELAN   EDİR

 

Layihənin adı: Avtomobil yollarının yenidən qurulması və bərpası layihəsi

Maliyə mənbəyi: Avropa Yenidənqurma və İnkişaf Bankı

Müqavilənin adı: M-2/E-60 avtomobil yolu dəhlizində Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 130.15 kilometrlik hissəsinin dörd zolağa genişləndirilməsi.

Tenderin ilkin seçim mərhələsinə dəvət 18 dekabr, 2017-ci il tarixli layihənin “satınalmalara dair bildiriş formaları” başlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) internet saytında yerləşdirilmiş 8910-GPN-43094 saylı layihənin ümumi satınalma elanına uyğundur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (sifarişçi) Avropa Yenidənqurma və İnkişaf Bankından (Bank) alınan kredit vəsaitinin bir hissəsini avtomobil yollarının yenidən qurulması və bərpası layihəsi çərçivəsində yuxarıda adı çəkilən müqavilə ödənişləri üçün istifadə edəcəkdir.

Sifarişçi ilkin mərhələdən keçən iddiaçı firma və konsorsiumları aşağıdakı müqavilələr üçün tenderdə iştiraka dəvət etmək niyyətindədir.

• M-2/E-60 avtomobil yolu dəhlizində Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 130.15 kilometrlik hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi

 

Müqavilə

Yer (km)

Uzunluğu (km)

Yaxınlıqdakı kənd və qəsəbələr

Başlanğıc nöqtə

Son nöqtə

Paralel genişlənmə

Yeni yol oxu

Cəmi

Lot -1

Mövcud Gəncə dairəvi yolunun sonu (0+000)

Zəyəm (39+800)

23.400

16.400

39.800

Könüllü & Şəmkir

Lot- 2

Zəyəm (39+800)

Qırlı (82+200)

21.900

20.500

42.400

Aşağı Ayıblı & Ağstafa

Lot -3

Qırlı (82+200)

Gürcüstan sərhədi (130+150)

13.154

34.796

47.950

Qazax, Yuxarı Salahlı & Şıxlı

 

Layihə çərçivəsində mövcud avtomobil yoluna paralel yerləşməklə yeni 2 zolaqlı hərəkət hissəsinin tikintisi, eləcə də kənd və şəhərlərdən yan keçərək yeni yol oxu olmaqla əlavə 4 zolaqlı avtomobil yolunun tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində görüləcək işlərə torpaq işləri, qeyri-sərt yol geyimi konstruksiyalarının tikintisi (mövcud yol geyiminin bərpası və yeni yol geyiminin tikintisi) drenaj sistemləri (suötürücü borular daxil olmaqla) və lazımi qurğuların quraşdırılması, körpülərin və yol qovşaqlarının tikintisi, nəqliyyat vasitələri, piyada və heyvanlar üçün keçidlərin tikintisi, yol nişanları və avadanlıqların quraşdırılması daxildir.

Müqavilənin nəzərdə tutulan başlanma vaxtı 2018-ci ilin avqust ayıdır və tikinti müddəti hər bir lot üçün 36 ay nəzərdə tutulmuşdur. Təkliflər hər hansı bir lot və ya iki lotun birləşməsi şəklində təqdim edilə bilər. Hər üç lot üçün verilən təkliflər qəbul edilməyəcəkdir.

Bankın kredit vəsaiti hesabına maliyyələşəcək müqavilələr üçün ilkin seçim və tender mərhələsi istənilən ölkədən olan firma və birgə müəssisələrə açıqdır.

Tətbiq edilən satınalma qaydaları bankın satınalma siyasəti və qaydalarına əsaslanır və aşağıdakı linkdə yerləşdirilmişdir:

http://www.ebrd.com/news/publications/policies/procurement-policies-and-rules.html

Maraqlanan iddiaçılar tenderin ilkin seçim mərhələsi sənədlərini bank hesabına nağd və ya birbaşa depozitlə 500 manat (beş yüz manat) və ya 300 ABŞ dolları (üç yüz ABŞ dolları) məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi ödəməklə əldə edə bilərlər.

Benefisiar: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

ID No.: 9900013141

Bank: Azərbaycan Beynəlxalq Bankı, “Nəqliyyat” filialı

SWIFT: IBAZAZ2X

Hesab nömrəsi: AZ21IBAZ38050019449345490205 AZN

AZ11IBAZ38150018409345490205 USD

Bankın identifikasiya nömrəsi: 9900001881

Ödəniş bank tərəfindən təsdiq edildikdən sonra sənədlər iddiaçı firmanın kuryeri vasitəsilə göndərilə bilər, lakin itkiyə və ya gec çatdırılmağa görə heç bir iddia qəbul edilməyəcəkdir.

Ödənişin bank tərəfindən təsdiqini əks etdirən sənəd təqdim olunmaqla ilkin seçim sənədlərinin elektron versiyası iddiaçı firmaya təmənnasız PDF formatda göndərilə bilər.

Tenderin ilkin seçim sənədləri lazımi qaydada hazırlanmalı və 26 fevral 2018-ci il yerli vaxtla saat 17.00-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır. Gec təqdim edilən təkliflər açılmadan geri qaytarılacaqdır.

Maraq göstərən iddiaçı firmalar əlavə məlumat almaq və tenderin ilkin seçim sənədlərini yoxlamaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Sifarişçi: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.

Ceyhun Yusifov, LİQ 4-ün direktoru.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllə.

Poçt indeksi: AZ1117.

Tel nömrəsi: (+994-12) 599 79 82.

Elektron poçt ünvanı: [email protected];
[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında