Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2018-ci il üçün uzunboğaz botinkaların, ayaqqabıların, fərqlənmə və fərqləndirmə nişanlarının, təsərrüfat əmlaklarının satınalınması məqsədilə

 

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 7 lot üzrə keçirilir.

 

Lot-1

Uzunboğaz botinkalar, uzunboğaz rezin çəkmələr.

Lot-2

Qara rəngli qış tuflisi, qara rəngli yay tuflisi, qadın heyəti üçün qara rəngli uzunboğaz çəkmələr, qadın heyəti üçün qara rəngli yay tuflisi, kazarma başmağı və idman ayaqqabısı.

Lot-3

Zeytun rəngli bel kəməri, zeytun rəngli şalvar qayışı.

Lot-4

Fərqlənmə və fərqləndirmə nişanları.

Lot-5

Hamam lifi, əl-üz, hamam və təsərrüfat sabunları.

Lot-6

Yuyucu tozu “avtomat”.

Lot-7

Ayaqqabı kremi.

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:

İştirak haqqı Lot-1 – 700 manat, Lot-2 – 300 manat, Lot-3 – 60 manat, Lot-4 – 150 manat, Lot-5 – 100 manat, Lot-6 – 150 manat və Lot-7 – 60
manatdır.

B1. Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi,

Kod: 210005,

VÖEN: 1401555071,

M/h: AZ41NABZ01360100000000003944,

SWIFT BIK CTREAZ22.

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi,

H/h :AZ44CTRE00000000000002458570,

VÖEN: 1500426471.

D3. Büdcə təsnifatının kodu 142340,

D4. Büdcə səviyyəsinin kodu 7.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2017-ci ildə təsdiq olunmuş surəti;

- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 15 fevral 2018-ci il saat 12.00-a qədər, texniki xüsusiyyətlərin tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) nüsxədə nümunələr, həmin malların uyğunluq sertifikatlarının əslini isə 1 (bir) nüsxədə Daxili Qoşunların Baş İdarəsinin əşya xidmətinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.

Tender iştirakçılarından tələb olunan sənədlər 28 fevral 2018-ci il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 13 mart 2018-ci il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.

Tender zərflərinin açılışı proseduru 14 mart 2018-ci il saat 15.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.

Əlaqələndirici şəxs: E.Əliyev, telefon: 569-95-10.

Daxili Qoşunların tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında