Xocavənd Rayon Kommunal Müəssisələr Kombinatı Xocavənd qəsəbəsinin və Yeni Tuğ kəndinin kəndarası yollarının təmiri işlərinin aparılmasının satınalınması məqsədilə

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 1 lot üzrə keçirilir.

Lot- 1.Xocavənd qəsəbəsinin və Yeni Tuğ kəndinin kəndarası yollarının təmiri işlərinin aparılmasının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Müqavilə üç ay ərzində yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər 95 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Xocavənd rayonu, Xocavənd qəsəbəsində Kommunal Müəssisələr Kombinatından (əlaqələndirici şəxs – G.Əliyevdən, telefon – (050 529- 89- 56) ala bilərlər.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Xocavənd Rayon Yerli Xəzinədarlıq Orqanı (YXO)

Hh: AZ41AIIB32051019444000202140

VÖEN: 7900013321

Bank:”Kapital Bank”ın Beyləqan filialı

Kod:200402

VÖEN:9900003611

Mh: AZ37NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK:ALLBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 9 aprel 2018- ci il saat 17.00-  dək təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanları tərəfindən arayış;

-  iddiaçının son 1 il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

 - görüləcək işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları barədə rəsmi məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlərdən əlavə iş qrafiki, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərflərdə 30 aprel 2018- ci il saat 17.00- dək təqdim etməlidirlər.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 1 may 2018- ci il saat 10.00- da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında