“Azərbaycan Sənaye Korporasiyası” ASC Pambıqçılığın müxtəlif sahələri üzrə tələb olunan yerlərə müsabiqə elan edir

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli 1665 nömrəli fərmanı ilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrini yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin və xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

“ASK” ASC ölkədə pambıqçılığı inkişaf etdirmək, pambıq istehsalı ilə emalı arasında münasibətləri bazar iqtisadiyyatına uyğun tənzimləmək, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətini yüksəltmək, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaq məqsədilə pambıqçılığın müxtəlif sahələri üzrə mütəxəssislərin vakansiyasını elan edir.

Tələb olunan şərtlər:

• Ali təhsil

• İş təcrübəsi – ən azı 5 il

• Dil bilikləri- Azərbaycan dili (əla), rus və ingilis dillərini bilənlərə üstünlük verilir.

• Qeyd olunan sahə üzrə elmi biliklərin artırılması daim lazımdır.

Əsas vəzifə öhdəlikləri:

• pambıq və pambıq məhsullarının istehsalına, emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək;

• pambıq məhsullarının yetişdirilməsi sahəsində qabaqcıl dünya praktikası və Azərbaycan Respublikasının əvvəlki təcrübələrinin təhlili və tətbiqi bacarıqları;

• pambıq məhsullarının yetişdirilməsi istiqamətində pambıq və pambıq məhsulları bazarını öyrənmək, proqnoz-planlaşdırılması və səmərəli təkliflərin verilməsi;

• əkin sahələrinin və toxum nümunələrinin (yerli iqlimə uyğun və məhsuldarlığı ilə seçilənlər olmalıdır) seçilməsi, torpaq sahəsinin əkinə hazır olması vaxtı, əkinin aparılması qaydaları, istifadə olunan texnoloji proseslərə və texnikalara dair biliklərə malik olmaq;

• pambıq və pambıq məhsullarını keyfiyyət və qruplara ayırmaq bacarıqları;

• qanunvericiliyə uyğun olaraq toxumluq pambıq istehsalına, emalına və toxumun dövriyyəsinə nəzarət etmək;

İş şəraiti:

İş qrafiki: l-V günlər. İstirahət günləri: şənbə və bazar günləri.

Müraciət üçün:

Telefon: (+994012) 5059512 CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir. Email göndərərkən mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd edilməlidir. Əks halda ərizə natamam kimi qimətləndiriləcək və ona baxılmayacaqdır. Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər. Sənədlərin son qəbul tarixi:
19 fevral 2018-ci il.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında