A Ç I Q T E N D E R E L A N E D İ R
Tarix:
|
17 yanvar 2018-ci il
|
Qrantın nömrəsi və adı:
|
2921 AZE: İkinci Yol Şəbəkəsinin İnkişafı üzrə İnvestisiya Proqramı, Tranş 1
|
Müqavilənin nömrəsi və adı:
|
01/2018/AZE:
• Lot -1. R-32 avtomobil yolunun
Ucar-Zərdab hissəsinin (0,00 km – 37,00 km) yenidən qurulması
• Lot- 2 . R-32 avtomobil yolunun
Zərdab-Ağcabədi hissəsinin (37,00 km – 70,5 km) yenidən qurulması
|
Tender təklifinin təqdim edilməsi üçün son tarix:
|
2 mart 2018-ci il, yerli vaxtla saat 17.00
|
1. Azərbaycan Respublikası Hökuməti İkinci Yol Şəbəkəsinin İnkişafı üzrə İnvestisiya Proqramı – Tranş- 1 çərçivəsində xərclərin ödənilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) kredit vəsaiti almışdır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda adıçəkilən müqavilələr üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-in iştirak hüququna malik ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.
2. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (sifarişçi) aşağıdakı hər iki lot üzrə R-32 avtomobil yolunun tikintisi və tamamlanması işləri üçün iştirak hüququna malik iddiaçıları möhürlü təkliflərini təqdim etməyə çağırır:
Lot-1. Ucar-Zərdab hissəsi (0,00 – 37,00 km), 5 körpü daxil olmaqla,
II texniki dərəcəli yolun 37,0 kilometrinin tikintisi.
Lot-2. Zərdab-Ağcabədi hissəsi (37,00 – 70,5 km) 2 körpü daxil olmaqla II texniki dərəcəli yolun 33,5 kilometrinin tikintisi.
Hər bir lot üzrə işlər aşağıda qeyd olunmuşdur:
Lot - 1. R-32 avtomobil yolunun Ucar-Zərdab hissəsinin (0.00 km – 37.00 km) yenidən qurulması
- II texniki dərəcəli yolun təqribən 37 kilometrinin tikintisi.
- təqribən 800,724 m3 torpaq işi;
- təqribən 57,509 m3 qırma daş tərkibli əsas;
- təqribən 56,593 m3 bitum tərkibli yolun əsası;
- təqribən 25,983 m3 əlaqələndirici asfalt qat;
- təqribən 18,865 m3 asfalt ilişkənlik qatı;
- müxtəlif diametrlərdə uzunluğu təqribən 725 metr olan dairəvi boru;
- müxtəlif ölçülərdə uzunluğu təqribən 320 metr olan düzbucaqlı boru;
- hər birinin ümumi uzunluğu 100 metr olan iki ədəd 3 aşırımlı körpü;
- ümumi uzunluğu 67 metr olan bir ədəd 2 aşırımlı körpü;
- ümumi uzunluğu 20 və 30 metr olan iki ədəd 1 aşırımlı körpü.
Lot- 2. R-32 avtomobil yolunun Zərdab-Ağcabədi hissəsinin (37.00 – 70.5 km) yenidən qurulması
- II texniki dərəcəli yolun təqribən 33,5 kilometrinin tikintisi.
- təqribən 796,835 m3 torpaq işi;
- təqribən 59,997 m3 qırma daş tərkibli əsas;
- təqribən 59,307 m3 bitum tərkibli yolun əsası;
- təqribən 27,354 m3 əlaqələndirici asfalt qat;
- təqribən 19,769 m3 asfalt ilişkənlik qatı;
- müxtəlif diametrlərdə uzunluğu təqribən 500 metr olan dairəvi boru;
- müxtəlif ölçülərdə uzunluğu təqribən 200 metr olan düzbucaqlı boru;
- hər birinin ümumi uzunluğu 67 metr olan bir ədəd 2 aşırımlı körpü;
- ümumi uzunluğu 176 metr olan bir ədəd 4 aşırımlı körpü.
3. Tender sənədində də müəyyənləşdirildiyi kimi iddiaçılar bir və ya hər iki müqavilə üçün təklif verə bilərlər. Birdən çox müqavilə verildiyi halda güzəşt, təklif edən iddiaçılara həmin güzəştin tender məktubunda qeyd edilməsi şərtilə icazə veriləcəkdir.
4. Beynəlxalq rəqabətli tender AİB-in təkmərhələli ikizərfli tender proseduruna uyğun həyata keçiriləcək və tender sənədində göstərildiyi kimi iştirak hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
5. Aşağıdakı qiymətləndirmə meyarlarına münasib olaraq, bu tenderdə yalnız ixtisas göstəricilərinə uyğun iddiaçılar iştirak etməlidirlər:
a) İddiaçı son üç ildə lot- 1 üçün 30 milyon ABŞ dollarından çox və Lot- 2 üçün isə 31 milyon ABŞ dollarından artıq minimum orta illik tikinti dövriyyəsinə malik olmalıdır. Birgə müəssisələr kimi, hər bir lot üçün bir BM tərəfdaşı bu dəyərlərin 50 faizdən, hər digər BM tərəfdaşı isə bu dəyərlərin 30 faizdən çoxuna malik olmalıdır.
b) Tender iştirakçısı öz maliyyə imkanlarını mövcud müqavilə öhdəlikləri üzrə lot-1 və lot-2 üçün ayrı-ayrılıqda 5.0 milyon ABŞ dollarından daha çox olduğunu nümayiş etdirməlidir. Birgə müəssisə tərəfdaşlarının cari müqavilə üzrə maliyyə öhdəlikləri onların ümumi maliyyə ehtiyatlarından az olduğu halda yaranan həmin fərq göstərilən tələbdən (5 milyon ABŞ dollarından) artıq olmalıdır. Bir birgə müəssisə tərəfdaşının maliyyə ehtiyatı lot -1 və lot- 2 üzrə ayrı-ayrılıqda 2.5 milyon ABŞ dollarından, hər bir tərəfdaşın maliyyə ehtiyatı isə lot -1 və lot-2 üzrə ayrı-ayrılıqda 1.5 milyon ABŞ dollarından çox olmalıdır.
c) İddiaçı son beş il ərzində müqavilə dəyəri lot- 1 üzrə 24 milyon ABŞ dolları və lot- 2 üzrə 25 milyon ABŞ dolları olan ən azı 2 yol və körpü tikintisi layihəsində təcrübəsi olduğunu sübut etməlidir.
d) İddiaçının son üç ildə başa çatmış iki oxşar və ya digər layihələr üzrə aşağıdakı fəaliyyətlərdə minimum tikinti təcrübəsi olmalıdır.
e) İddiaçı son beş il ərzində müqavilə dəyəri lot-2 üzrə 26 milyon ABŞ dolları və lot-1 üzrə 21 milyon ABŞ dolları olan ən azı 2 oxşar tikinti layihəsində təcrübəyə malik olmalıdır.
f) İddiaçı son üç ildə başa çatmış iki oxşar və ya digər layihələr üzrə aşağıdakı fəaliyyətlərdə minimum tikinti təcrübəsini göstərməlidir:
Lot -1. Ən azı 40 km (ən azı iki zolaqlı) asfalt-beton avtomobil yolunun tikintisi, aşırımının uzunluğu ən azı 30 metrlik bir körpü olmaqla svay özülündə minimal uzunluğu 70 metrlik körpülərin tikintisi.
Lot- 2. Ən azı 35 km (ən azı iki zolaqlı) asfalt-beton avtomobil yolunun tikintisi, aşırımı ən azı 40 metr uzunluğunda bir körpü olmaqla svay özülündə minimal uzunluğu 100 metrlik körpülərin tikintisi.
6. Əlavə məlumat almaq və tender sənədlərini yoxlamaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Sifarişçi: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Ceyhun Yusifov, LİQ 4-ün direktoru
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi,
R. İsmayılov küçəsi, 2025-ci məhəllə,
Poçt indeksi: AZ1117
Tel nömrəsi: (+99412) 599 79 82
Elektron poçt ünvanı: [email protected];
[email protected]
7. Tender sənədlərini ingilis dilində almaq üçün iddiaçılar aşağıdakı bank hesabına nağd və ya birbaşa depozitlə 500 manat (beş yüz manat) və ya 300 ABŞ dolları (üç yüz ABŞ dolları) məbləğində əvəzi ödənilməyən ödənişlə yuxarıdakı ünvana müraciət etməlidirlər.
Benefisiar: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
ID No.: 9900013141
Bank: Azərbaycan Beynəlxalq Bankı, “Nəqliyyat” filialı
SWIFT: IBAZAZ2X
Hh: AZ21IBAZ38050019449345490205 AZN
AZ11IBAZ38150018409345490205 USD
Bankın identifikasiya nömrəsi: 9900001881
• Sənədlər şəxsən əldə edilə, yaxud çəkisindən, məsafəsindən asılı olaraq ölkədaxili və ya xaricə çatdırılmaq üçün əlavə ödəniş tətbiq etməklə ekspress hava poçtu ilə göndərilə bilər. Tranzitlə bağlı itkiyə və ya gec çatdırılmağa görə heç bir iddia qəbul edilməyəcəkdir.
8. Tender təklifi tender təminatı ilə birlikdə 2 mart 2018-ci il yerli vaxtla saat 17:00-da təqdim edilməlidir.
Texniki tender təklifləri 2 mart 2018-ci il yerli vaxtla saat 17.00-da iddiaçıların nümayəndələrinin və ya səlahiyyətli nümayəndələrin iştirakı ilə açılacaqdır. Gec təqdim olunan təkliflər ləğv ediləcəkdir. Yalnız texniki cəhətdən şərtlərə cavab verən və ixtisaslaşmış iddiaçıların maliyyə təklifləri texniki təkliflərin qiymətləndirilməsindən sonra açılacaq, texniki təklifləri şərtlərə cavab verməyən tender iştirakçılarının maliyyə təklifləri açılmadan geri qaytarılacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.