AÇIQ TENDER ELAN EDİR
Tender 10 (on) lot üzrə keçirilir.
Lot - 1. İçməli suyun satınalınması. (Xəzər rayonu üzrə)
Lot - 2. Çirkli paltarların yuyulmasının satınalınması.
Lot – 3. Stomatoloji xidmətlərin
satınalınması.
Lot – 4. Xidmət göstəriləcək elektrotexniki avadanlıqlara qoyulacaq ehtiyat hissələrinin satınalınması.
Lot – 5. Elektrotexniki avadanlıqlara (kompüter, printer və kseroks) texniki xidmət göstərilməsinin satınalınması.
Lot – 6. Liftlərə texniki xidmət göstərilməsinin satınalınması. (Xətai rayonu üzrə)
Lot – 7. Liftlərə texniki xidmət göstərilməsinin satınalınması. (Xəzər, Suraxanı və Binəqədi rayonları üzrə)
Lot – 8. Hidravlik qapılara texniki xidmət göstərilməsinin satınalınması.
Lot – 9. Əməkhaqqı proqramının təminatının satınalınması.
Lot – 10. Hüquqi xidmət göstərilməsinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 30 dekabr 2018-ci il tarixə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Xanlar Hüseynov, telefon: 012 495-38-28.
Ünvan: Bakı, M. Mirqasımov küçəsi, 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı: lot-1, lot-2, lot-3 hər biri 100 manat, lot – 4, lot – 5 , lot – 6 və lot – 10 – hər biri 50 manat, lot-7 75 manat, lot-8 25 manat, lot-9 isə 10 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI: MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi
KOD: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h: AZ54CTRE00000000000002128202
Kitab: 002736 Fond 7
VÖEN: 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 14 fevral 2018-ci il saat 18.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı) tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 22 fevral 2018-ci il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı, M.Mirqasımov küçəsi, 1A nömrəli ünvanda Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1A nömrəli ünvanda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 23 fevral 2018-ci il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.