AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ

Daxili Qoşunların Baş İdarəsi 2018-ci il üçün dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin, hərbi qulluqçuların tibb müəssisələrində tibbi müayinələrinin aparılmasının satınalınması məqsədilə

 

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 3 lot üzrə keçirilir.

Lot-1. Dərman preparatları və tibbi ləvazimatlar.

Lot-2. Tibbi reaktivlər, vaksinlər, dezinfeksiyaedici maddələr və tibbi ləvazimatlar.

Lot-3. Hərbi qulluqçuların tibbi müayinələrinin aparılması.

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin, həmçinin tibbi müayinələrin keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifinə üstünlük veriləcəkdir. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunacaqdır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin satınalınması sahəsində  peşəkarlığa, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tətbiq olunmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını  2018-ci  il fevralın 10-dək  Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:

Lot №-si   İştirak  haqqının  məbləği (manatla)

Lot-1. 250 manat

Lot-2. 100 manat

Lot-3. 100 manat

B1. Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN :1401555071

m/h: AZ41NABZ01360100000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

h/h: AZ44CTRE00000000000002458570

VÖEN :1500426471

D3. Büdcə təsnifatının kodu 142340

D4. Büdcə səviyyəsinin kodu 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra  ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank  təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- dərman preparatlarının, tibbi ləvazimatların, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin uyğunluq sertifikatları (surəti notariusda təsdiq edilməlidir);

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

Tender iştirakçılarından tələb olunan sənədlər 12 fevral 2018-ci il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 22 fevral 2018-ci il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri qəbul olunmayacaqdır.

Tender zərflərinin açılışı  proseduru  23 fevral 2018-ci il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.

Telefon: 569-95-10, əlaqələndirici şəxs: E.Əliyev.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında