“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aşağıdakı ixtisaslara qəbul elan edir

İxtisasın şifri

İxtisasın adı

 

Qəbul planı

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

3103.02

Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

1(qiyabi)

1(qiyabi)

3305.08

Hidrotexniki tikinti

1(qiyabi)

1(qiyabi)

5312.01

Sahə iqtisadiyyatı

1(əyani)

 

2518.01

Hidrogeologiya

1(qiyabi)

1(qiyabi)

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr  2017-ci il tarixli 870s nömrəli sərəncamına uyğun  fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- bitirdiyi ali təhsil müəssisəsindən və ya iş yerindən xasiyyətnamə;

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- seçilmiş ixtisas üzrə referat və ya çap olunmuş (elmi məcmuə və jurnallarda) elmi işlərin siyahısı;

-  ali təhsil müəssisəsini bitirmək haqqında bakalavr və magistr diplomlarının, diplomlara əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya sənədlər elan dərc edildiyi gündən bir ay ərzində qəbul olunur.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunur:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənədlər elan dərc olunan gündən ilin sonunadək qəbul edilir.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini direktorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, İ.Dadaşov küçəsi, 324, Az-1130,  902-ci otaq.

Müdiriyyət


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında