Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-ci ildə şəhərdə görüləcək işlərin satınalınması ilə əlaqədar

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalınmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq aşağıda göstərilən lotlar üzrə tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı təqdim etsinlər.İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

Lot-1. Şəhərin küçə, prospekt və yollarının əsaslı təmiri işlərinin satınalınması.

Lot-2. Şəhər ərazisində abadlıq və quruculuq işlərinin satınalınması.

Lot-3. Mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.

Lot-4. Avtomaşınlara ehtiyat hissələrinin satınalınması.

Lot-5. Elektrik avadanlıqlarının satınalınması.

Lot-6. Təsərrüfat mallarının satınalınması.

İşlərin yerinə yetirilməsi 2018-ci ilin sonunadək nəzərdə tutulur.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun
6.2 maddəsində göstərilən meyarlara uyğun gəlməlidir. Tenderdə iştirak etmək istəyənlər lot-1 üçün 105.00 manat, lot-2, lot-3, lot-4, lot-5 və lot-6 üçün isə 100 manat, məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürtdükdən sonra göstərilən ünvandan tenderin əsas şərtlər toplusunu ala bilərlər.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Təşkilat: Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

VÖEN: 2300336431

H/h : AZ58AZRT 38060019440017830004

“AZƏR-TÜRK” BANK ASC

Kod: 506883

VÖEN: 9900006111

m/h : AZ02NABZ 01350100000000022944

S.W.I.F.Bik: AZRTAZ22

Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərilməlidir.

 Tenderdə iştirak etmək istəyənlər 9 fevral 2018-ci il saat 17.00 -dək aşağıdakı sənədləri tender kommissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət:

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi:

- iddiaçının tam adı,hüquqi statusu,qeydiyyat şəhədatnaməsinin surəti (təstiqolunmuş);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından arayış:

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı:

- müəssisənin balansının (forma 1,2) vergi orqanı tərəfindən təstiq olunmuş surətləri:

- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçıların potensial imkanları haqqında məlumat(texniki baza, avadanlıq,  işçi qüvvəsi və s.).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcək.Tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Həmin təminat zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar lotlar üzrə tender təkliflərini 14 fevral 2018-ci il saat 18.00-a qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender proseduru 15 fevral 2018-ci il saat 15.00-da Gəncə Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyində ( Gəncə, Mir Cəlal Paşayev küçəsi 57) keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat üçün əlaqələndirici şəxsə müraciət etmək olar

Əlaqələndirici şəxs: T.Quliyev

Telefon: 022 253 92 22.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında