“Azərenerji” ASC “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”MMC 2017-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

“Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Doktoranturanın yaradılması və doktoranturaya qəbul qaydalarına uyğun olaraq aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

- elektrotexniki sistemlər və komplekslər;

- elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər;

- sahə iqtisadiyyatı.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunur:

-ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-iş yerindən xasiyyətnamə;

-3 ədəd fotoşəkil ( 3x4 sm ölçüdə);

-iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respunlikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya sənədlər 2018-ci il yanvarın 5-dən bir ay ərzində qəbul edilir.

Qəbul imtahanları fevral ayında keçiriləcəkdir.

Qəbul olunanlar yataqxana ilə təmin olunmurlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunur:

-ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-3 ədəd fotoşəkil ( 3x4 sm ölçüdə);

-iş yerindən xasiyyətnamə;

-əmək kitabçasından çıxarış;

-çap olunmuş elmi işlərin siyahısı;

-fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;

-şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənədlər 2018-ci il yanvarın 5-dən qəbul edilir.

“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC

Ünvan: AZ1012, Zərdabi prospekti 94, əlaqə telefonu: 431 – 61 -94.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında