Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi 2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan  Respublikası Kənd  Təsərrüfatı Nazirliyinin  Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər elan dərc olunduğu gündən bir ay müddətində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzi strukturuna daxil olan institutlara (institutların ünvanını Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzinin http://www.aem.az/ saytından əldə etmək olar) təqdim olunmalıdır:

- doktoranturanın fəaliyyət göstərdiyi elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması barədə şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzi strukturuna daxil olan müvafiq institutlara təqdim edilməlidir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı) ;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa çatdıran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa çatdırmış şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzi strukturuna daxil olan müvafiq institutlara təqdim edilməlidir:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması  əsas şərtdir.

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbula aşağıdakı sənədlər Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzi strukturuna daxil olan müvafiq institutlara təqdim edilməlidir:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın   rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı ( elmlər doktoru hazırlığı üzrə );

- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq    edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında  sənədlərin  tanınması  barədə  şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

Əlavə məlumat üçün Azərbaycan  Respublikası Kənd Təsərrüfatı Nazirliyinin  Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzinə müraciət etmək olar. Əlaqə telefonları:  562-53-26, 562-51-06, e-mail: [email protected]

Azərbaycan  Respublikası
Kənd  Təsərrüfatı  Nazirliyinin Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında