Tarix:
|
27 dekabr 2017-ci il
|
Qrantın nömrəsi və adı:
|
3144 AZE: İkinci Yol Şəbəkəsinin İnkişafı üzrə İnvestisiya Proqramı, tranş 2
|
Müqavilənin nömrəsi və adı:
|
02/2017/AZE: Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi (M5),
• Lot -1, Xaldan - Suçma Hissəsi ( 0+300 – 33+100 km) və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi (M5),
• Lot- 2, Suçma – Şəki dairəvi yol birləşməsi hissəsi, (33+100 – 46+120 km) və R-57 avtomobil yolunun bərpası
|
Tender təklifinin təqdim edilməsi üçün son tarix:
|
15 fevral 2018-ci il, yerli vaxtla saat 17.00 .
|
1. Azərbaycan Respublikası Hökuməti İkinci Yol Şəbəkəsinin İnkişafı üzrə İnvestisiya Proqramı - tranş 2 çərçivəsində xərclərin ödənilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) kredit vəsaiti almışdır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda adı çəkilən müqavilələr üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-in iştirak hüququna malik ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.
2. “Azəravtoyol” ASC (sifarişçi) hər iki lot üzrə Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi (M5) layihəsinin tikintisi və tamamlanması işləri üçün iştirak hüququna malik iddiaçıları möhürlü təkliflərini təqdim etməyə çağırır:
Lot- 1. Xaldan – Suçma hissəsi (0+300 – 33+100 km), 2 körpü daxil olmaqla II texniki dərəcəli yolun təqribən 32.800 km-nin tikintisi və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi (M5),
Lot- 2. Suçma - Şəki dairəvi yol birləşməsi hissəsi, (33+100 – 46+120 km) və R-57 avtomobil yolunun bərpası, 7 körpü daxil olmaqla II və III texniki dərəcəli yolların təqribən 24.100 km-nin tikintisi( işlər).
Hər bir lot üzrə işlər aşağıda qeyd olunmuşdur:
Lot -1. Xaldan – Suçma hissəsi (0+300 – 33+100 km),
2 körpü daxil olmaqla II texniki dərəcəli yolun təqribən 32.800 km-nin tikintisi.
Təqribən 430,000 m3 torpaq işi;
-təqribən 80,000 m3 qırma daş tərkibli əsas;
-təqribən 47,000 m3 bitum tərkibli yolun əsası;
-təqribən 32,000 m3 asfalt əlaqələndirici qat;
-təqribən 17,000 m3 asfalt ilişkənlik qatı;
-müxtəlif diametrlərdə təqribən 1,450 metr dairəvi boru;
-müxtəlif ölçülərdə təqribən 150 metr düzbucaqlı boru;
-hər birinin ümumi uzunluğu 75 metr olan iki ədəd 3 aşırımlı körpü.
Lot- 2. Suçma – Şəki dairəvi yol birləşməsi hissəsi (33+100 – 46+120 km) və R-57 avtomobil yolunun bərpası,
• 7 körpü daxil olmaqla II və III texniki dərəcəli yolun təqribən 24.100 km hissəsinin tikintisi.
• Təqribən 430,000 m3 torpaq işi;
-təqribən 60,000 m3 qırma daş tərkibli əsas;
-təqribən 45,000 m3 bitum tərkibli yolun əsası;
-təqribən 24,000 m3 asfalt əlaqələndirici qat;
-təqribən 18,000 m3 asfalt ilişkənlik qatı;
-müxtəlif diametrlərdə təqribən 1,260 metr dairəvi boru;
-müxtəlif ölçülərdə təqribən 240 metr düzbucaqlı boru;
-hər birinin ümumi uzunluğu 55 metr olan üç ədəd 3 aşırımlı körpü;
-ümumi uzunluğu təqribən 70 metr olan bir ədəd 3 aşırımlı körpü;
-ümumi uzunluğu təqribən 65 metr olan bir ədəd 4 aşırımlı dəmir yolu körpüsü;
-ümumi uzunluğu təqribən 40 metr olan bir ədəd 2 aşırımlı körpü.
3. Tender sənədində də müəyyənləşdirildiyi kimi iddiaçılar bir və ya hər iki müqavilə üçün təklif verə bilərlər. Birdən çox müqavilə verildiyi halda güzəşt təklif edən iddiaçılara həmin güzəştin tender məktubunda qeyd edilməsi şərtilə icazə verilədəkdir.
4. Beynəlxalq rəqabətli tender AİB-in tək mərhələli iki zərfli tender proseduruna uyğun həyata keçiriləcək və tender sənədində göstərildiyi kimi iştirak hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
5. Aşağıdakı qiymətləndirmə meyarlarına uyğun olaraq, bu tenderdə yalnız göstərilən ixtisas göstəricilərinə malik uyğun iddiaçılar iştirak etməlidirlər:
a) İddiaçı son üç ildə lot -1 üçün 26 milyon ABŞ dollarından ,lot -2 üçün isə 32 milyon ABŞ dollarından artıq minimum orta illik tikinti dövriyyəsinə malik olmalıdır. Birgə müəssisəlr kimi , hər bir lot üçün bir BM tərəfdaşı bu dəyərlərin 50% -dən artıq və hər bir BM tərəfdaşı isə bu dəyərlərin 30% -dən çoxuna malik olmalıdır.
b) Tender iştirakçısı öz maliyyə imkanlarını mövcud müqavilə öhdəlikləri üzrə lot- 1 üçün 4.0 milyon ABŞ dolları və lot -2 üçün 5.0 milyon ABŞ dollarından daha çox olduğunu nümayiş etdirməlidir. Birgə müəssisə kimi, (I) bütün birgə müəssisə tərəfdaşlarının ümumi maliyyə ehtiyatları bütün cari müqavilə öhdəlikləri üzrə onların ümumi maliyyə ehtiyatlarından az olduğu halda ümumilikdə bu tələblərdən artıq olmalıdır. (II) bir birgə müəssisə tərəfdaşının maliyyə ehtiyatı lot -1 üzrə 2.0 mln ABŞ dollarından, lot- 2 üzrə isə 2.5 mln ABŞ dollarından artıq olmalıdır. (III) hər bir tərəfdaşın maliyyə ehtiyatı lot-1 üzrə1.5, lot-2 üzrə isə 1.9 mln ABŞ dollarından artıq olmalıdır.
c) İddiaçı son 5 il ərzində müqavilə dəyəri lot -2 üzrə 26 milyon ABŞ dolları, lot- 1 üzrə 21 milyon ABŞ dolları olan ən azı 2 oxşar tikinti layihəsində təcrübəsi olduğunu sübut etməlidir.
d) İddiaçı son üç il ərzində başa çatmış iki oxşar və ya digər layihələr üzrə aşağıdakı fəaliyyətlərdə minimum tikinti təcrübəsinə malik olduğunu sübut etməlidir.
Lot - 1. (a) ən azı 35 km (ən azı iki zolaqlı) asfalt-beton avtomobil yolunun tikintisi,
(b) aşırımının uzunluğu ən azı 30 metr uzunluğunda bir körpü olmaqla svay özülündə minimal uzunluğu 70 metrlik körpülərin tikintisi.
Lot - 2. (a) ən azı 25 km (ən azı iki zolaqlı) asfalt-beton avtomobil yolunun tikintisi,
(b) aşırımının uzunluğu ən azı 50 metr uzunluğunda bir körpü olmaqla svay özülündə minimal uzunluğu 100 metrlik körpülərin tikintisi.
6. Əlavə məlumat almaq və tender sənədlərini yoxlamaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Sifarişçi: “Azəravtoyol” ASC, LİQ 4-ün direktoru Ceyhun Yusifov.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə,
Poçt indeksi- AZ1117.
Ölkə: Azərbaycan
Faks nömrəsi: (+994-12) 4997906
Elektron poçt ünvanı: [email protected] və sürəti [email protected]
7. Tender sənədlərini ingilis dilində əldə etmək üçün iddiaçılar
yuxarıda qeyd edilən ünvana müraciət etməlidirlər.
Aşağıdakı bank hesabına nağd və ya birbaşa depozitlə 500 manat (beş yüz manat) və ya 300 ABŞ dolları (üç yüz ABŞ dolları) məbləğində əvəzi ödənilməyən ödəniş edilməlidir:
Benefisiar:
|
“Azəravtoyol” ASC, ID No.: 9900013141
|
Bank:
|
Azərbaycan Beynəlxalq Bankı, “Nəqliyyat” filialı
|
SWIFT:
|
IBAZAZ2X
|
Hesab nömrəsi:
|
AZ21IBAZ38050019449345490205 AZN
AZ11IBAZ38150018409345490205 USD
|
Bankın identifikasiya nömrəsi:
|
9900001881
|
Sənədlər şəxsən əldə edilə və ya çəkisindən , məsafəsindən asılı olaraq ölkə daxili və ya xaricə çatdırılma üçün əlavə ödəniş tətbiq etməklə ekspress hava poçtu ilə göndərilə bilər. Tranzitlə bağlı itkiyə və ya gec çatdırılmağa görə heç bir məsuliyyət qəbul edilməyəcəkdir.
8. Tender təklifi tender təminatı ilə birlikdə 15 fevral 2018-ci il saat 17. 00-da (yerli vaxtla) təqdim edilməlidir:
Texniki tender təklifləri 15 fevral 2018-ci il saat 17.00-da (yerli vaxtla) iddiaçıların nümayəndələrinin və ya iştirak etmək istəyən səlahiyyətli nümayəndələrin iştirakı ilə açılacaqdır. Gec təqdim edilən təkliflər ləğv ediləcəkdir. Yalnız texniki cəhətdən şərtlərə cavab verən və ixtisaslaşmış iddiaçıların maliyyə təklifləri texniki təkliflərin qiymətləndirilməsindən sonra açılacaq, texniki təklifləri şərtlərə cavab verməyən tender iştirakçılarının maliyyə təklifləri açılmadan geri qaytarılacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.