Qalib qrant layihələri üzrə istifadə üçün elmi cihaz, avadanlıq və məmulatların satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Lot -1. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz və avadanlıqların satınalınması.
Lot- 2. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulatların satınalınması.
Lot -3. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz və avadanlıqların satınalınması.
Lot- 4. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz və avadanlıqların satınalınması.
Lot -5. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz və avadanlıqların satınalınması.
Lot- 6. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz və avadanlıqların satınalınması.
Lot- 7. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulatların və reagentlərin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə (tender komissiyası, telefon 489-08-94 səlahiyyətli şəxs Ədilə Babayevadan) ala bilərlər.
İştirak haqqı 1-ci lot üçün 30 manat, 2-ci lot üçün 15 manat, 3-cü lot üçün 40 manat,4-cü lot üçün 65 manat, 5-ci lot üçün 70 manat, 6-cı lot üçün 45 manat, 7-ci lot üçün isə 20 manatdır.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
VÖEN: 1701102761
Dövlət Xəzinədarlığı Agentliyi
Bankın VÖEN-i: 1401555071
H/h: AZ29CTRE00000000000005428301
m/h: AZ41NABZ01360100000000003944
Bankın kodu: 210005
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam rəsmi adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (təklifin təminatı) (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və təsdiq olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 5 fevral 2018-ci il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 13 fevral 2018-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14 fevral 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.