Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi

 2018-ci ildə polis orqanlarının şəxsi heyətini geyim əmlakları və yataq ləvazimatları ilə təmin etmək üçün

 

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 6 lot üzrə 12 yanvar 2018-ci il saat 15.00-da Maddi-Texniki Təminat           Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcək.

1-ci lot – zabit, sıravi və kiçik rəis heyəti üçün gündəlik, parad və səhra furajkaları, gündəlik və səhra qış papaqları.

2-ci lot – böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, isti qış gödəkçəsi, gündəlik palto, plaş-palto, yay şalvarları, plaş-örtük, yay örtüyü, qış səhra gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər.

3-cü lot – qalstuk, idman kostyumu, səhra maykası, mayka, tuman, pambıq corab, əlcək, şərf, isti alt tuman köynək və puloverlər.

4-cü lot – qış və səhra çəkmələri, uzunboğaz çəkmə, kişi və qadın üçün gündəlik ayaqqabılar, idman ayaqqabısı, şalvar qayışı və xüsusi kəmərlər.

5-ci lot – fərqlənmə nişanları.

6-cı lot – yataq ləvazimatları.

İddiaçılar bütün lotlarda iştirak etmək üçün  7916,00 manat, 1-ci lot üçün  726,00  manat, 2-ci lot üçün  4012,00 manat, 3-cü lot üçün 622,00 manat, 4-cü lot üçün 1755,00 manat, 5-ci lot üçün 693,00 manat, 6-cı lot üçün 108,00 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Mh: AZ41NABZ01360100000000003944

SWİFT BİK CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hh: AZ32CTRE00000000000002077770

VÖEN :1500281641

Təsnifat kodu 142340, fond 7.

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

İştirak haqqı geri qaytarılmır.

Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender teklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- vergi orqanlarından müvafiq arayış;

- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- keyfiyyət sertifikatı;

Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanır və möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2018-ci il yanvarın 11-i saat 17 .00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2017-ci il dekabrın 25-i saat 17 .00-dək satınalana çatdırılmalıdır.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satın alınacaq əmlaklar 1-ci lot üzrə 2018-ci ilin iyun, 2-ci və 4-cü lotlar dekabr,  3-cü lot iyul, 5-ci lot oktyabr, 6-cı lot üzrə üzrə isə avqust ayınadək DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Mərkəzi Bazaya göndərilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlaqələndirici şəxslər – Zahid Sarıyev və Rövşən İbrahimov.

Telefonlar: 590-67-24.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında