Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi

2018-ci ildə tələb olunan dərman preparatlarının və sarğı materiallarının, laboratoriya reaktivlərinin, rentgen plyonkalarının, cərrahi, stomatoloji, dezinfeksiyaedici və digər istismar materiallarının satınalınması ilə əlaqədar

 

A Ç I Q    T E N D E R    E L A N    E D İ R

 

Tender 3 (üç) lot üzrə keçirilir.

Lot-1. Dərman preparatları və sarğı materiallarının satınalınması.

Lot-2. Laboratoriya reaktivlərinin satınalınması.

Lot-3. Rentgen plyonkalarının, cərrahi, stomatoloji, dezinfeksiya-edici və digər  istismar materiallarının satınalınması.

Mallarla təchiz olunma müddəti – il ərzindədir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Ceyhun Hacıbəyli küçəsi, 16 nömrəli ünvanda yerləşən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi (əlaqələndirici şəxs: Əliyev Emin İman oğlundan, telefon:493-36-32 ) ala bilərlər.

İştirak haqqı lot-1. 100 manat, lot-2 və lot 3 hər biri 50 manatdır.

Təşkilat: 9 saylı Xəzinə İdarəsi

H/h: AZ31CTRE00000000000002478301

VÖEN: 1700383261

Bank:  DXA

Kod:  210005

VÖEN: 1401555071

M/h: AZ85NABZ01360100000003003944

S.W.İ.F.T: CTREAZ22

Büdcə təsnifat kodu:

142340 Büdcə səviyyə kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru ‘‘Dövlət satınalmaları haqqında Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-ci il yanvarın 18-i saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-ci il yanvarın 25-i saat 18.00-a qədər, Ceyhun Hacıbəyli küçəsi, 16 nömrəli ünvanda yerləşən ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2018-ci il yanvarın 26-sı saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında